Icma.az
close
up
RU
ABŞ Ukrayna görüşü və atəşkəsin kölgəsində: Rusiyanın hücumu sülhü təhdid edirmi?

ABŞ Ukrayna görüşü və atəşkəsin kölgəsində: Rusiyanın hücumu sülhü təhdid edirmi?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və Ukrayna arasında baş tutan görüş, uzun müddətdir davam edən müharibədə atəşkəs ümidi yaratmışdı.

Ukraynanın atəşkəs razılığına gəlməsi bölgədə gərginliyin azalacağına dair gözləntiləri artırsa da, ardınca Rusiyanın Kiyevə hücumu bu ümidləri sarsıtdı. Moskvanın bu addımı beynəlxalq ictimaiyyət tərəfindən sərt reaksiya ilə qarşılanıb və atəşkəsin davamlı olub-olmayacağı sual altına düşüb.

Bu məqamda sual yaranır: Rusiyanın hücumu Ukrayna ilə sülh danışıqlarını nə dərəcədə çətinləşdirəcək və bölgədə sabitlik perspektivlərini necə dəyişdirəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, hazırkı vəziyyəti düzgün qiymətləndirmək üçün Rusiyanın mövqeyini nəzərə almaq vacibdir:

"Lakin əsas diqqət Donald Tramp və Vladimir Putin arasında mümkün danışıqların nəticələrinə yönəlib. Tramp bu görüşə qədər bir neçə istiqamətdə öz gücünü nümayiş etdirməyə çalışacaq".

Politoloqun fikrincə, birinci növbədə, Trampın Ukraynaya hərbi və iqtisadi yardımın bərpası məsələsində mövqeyi önəmli olacaq:

"İkincisi, o, əvvəlki ritorikasında olduğu kimi Rusiyaya müsbət yanaşmasını davam etdirə və Moskvanın zəif məqamlarından istifadə edə bilər. Bundan başqa, Tramp gələcəkdə Rusiyaya investisiya imkanlarını vurğulamaqla, bu ölkə ilə münasibətlərdə üstünlük əldə etməyə çalışa bilər".

Əziz Əlibəyli: Rusiyanın aqressiv addımları sülh perspektivlərini kölgə altına alır

Ə.Əlibəyli sonda qeyd edib ki, bu səbəbdən, ABŞ-Ukrayna görüşünün nəticələri yalnız hazırkı münaqişəyə deyil, həm də gələcək geosiyasi proseslərə ciddi təsir göstərəcək:

"Görüşdən sonra müəyyən razılaşmaların əldə olunması gözlənilsə də, Rusiyanın aqressiv addımları sülh perspektivlərini kölgə altına alır. Moskvanın atəşkəsi pozması Qərbin Rusiyaya qarşı sanksiya siyasətini daha da sərtləşdirə bilər. Eyni zamanda, bu hücumlar Ukraynaya əlavə hərbi dəstək göndərilməsinə səbəb ola bilər. Belə bir vəziyyət bölgədəki hərbi qarşıdurmanı daha da dərinləşdirə və diplomatik səyləri çətinləşdirə bilər. Buna görə də, yaxın zamanda atəşkəsin uzunmüddətli olacağı ilə bağlı nikbin proqnoz vermək çətindir".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Mart 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri