Icma.az
close
up
RU
ABŞ Ukrayna üçün 725 milyon dollarlıq silah paketi hazırlayır Reuters

ABŞ Ukrayna üçün 725 milyon dollarlıq silah paketi hazırlayır Reuters

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna üçün 725 milyon dollarlıq yeni silah paketi hazırlayır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" iki amerikalı rəsminin bəyanatına istinadən yazıb.

Planla tanış olan bir şəxsə görə, Bayden administrasiyası ABŞ-ın ehtiyatlarından müxtəlif silahlar verməyi planlaşdırır. Buraya piyada əleyhinə minalar, dronlar, "Stinger" raketləri və "HIMARS" yüksək hərəkətli artilleriya raket sistemləri üçün sursatlar daxildir. Paketə kaset sursatlarının da daxil olacağı gözlənilir.

Yeni yardım paketi ilə bağlı rəsmi bildiriş Konqresə bazar ertəsi çata bilər. Bu paketin məzmunu və ölçüsü yaxın günlərdə Baydenin gözlənilən imzalanmasından əvvəl dəyişə bilər.

“Birləşmiş Ştatlar onilliklər ərzində piyada əleyhinə minalar ixrac etmir və mülki şəxslərə potensial zərər vurduğuna görə onların istifadəsi mübahisəlidir. 160-dan çox ölkə onlardan istifadəni qadağan edən müqavilə imzalasa da, Kiyev Rusiya 2022-ci ilin əvvəlində genişmiqyaslı işğala başlayandan bəri onları tələb edir”, - deyə agentlik vurğulayır.

Rusiya qoşunlarının cəbhə xəttində belə silahlardan istifadə etdiyi məlumdur. Ukraynaya göndəriləcək minalar enerji sistemi yalnız qısa müddətə işləyən “davamsız” minalardır. Köhnə minalardan fərqli olaraq, onlar mülki əhalini sonsuza qədər təhdid etmir.

ABŞ prezidenti Co Baydenin administrasiyasının səlahiyyət müddəti bitmədən Ukraynaya ayrılan milyardlarla dollarlıq hərbi maliyyə vəsaitindən istifadə etmək üçün vaxtı tükənir. Yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra yeni administrasiya işə başlayanda, qalan vəsaitlə nə edəcəyinə məhz özü qərar verəcək.

Bu arada Norveç hökuməti Ukraynaya yardımı kəskin şəkildə artırmaq qərarına gəlib. 2025-ci ildə ölkə Ukraynaya 30 milyard NOK (təxminən 2,69 milyard dollar) məbləğində yardımı maliyyələşdirmək niyyətindədir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2024 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri