ABŞ Ukraynadan imtina edir? Trampa müzakirələr bitdi mesajı gedir
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukraynadakı müharibənin gələcəyi ilə bağlı Vaşinqtondan mühüm açıqlama gəlib.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bildirib: əgər Ukraynadakı müharibəni dayandırmaq üçün atılan addımlar yaxın günlərdə nəticə verməsə, Prezident Trampa müzakirələrin artıq real bir seçim olmadığını çatdıracaqlar. Rubio bu fikirləri ABŞ mediasına açıqlamasında deyib.
O əlavə edib ki, son 3 ildə ABŞ Ukraynaya ciddi dəstək verib, lakin artıq "başqa məsələlərə fokuslanmağın vaxtı çatıb".
Onun sözlərinə görə, ABŞ-ın dünyada bir çox digər prioritetləri var və Ukrayna məsələsinə əvvəlki kimi üstünlük verilməsi çətinləşir.
Rubio həmçinin qeyd edib ki, ABŞ hələlik Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsini ictimai müzakirəyə çıxarmağa hazır deyil. Bu isə Kiyev üçün böyük suallar yaradır. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 18 Aprel 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















