Icma.az
close
up
RU
ABŞ Ukraynadan ÜZ ÇEVİRDİ Rusiya bu vilayətləri də ƏLƏ KEÇİRƏCƏK

ABŞ Ukraynadan ÜZ ÇEVİRDİ Rusiya bu vilayətləri də ƏLƏ KEÇİRƏCƏK

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Ukraynanın cəbhə xəttində dönüş yaratmaq üçün “Tomahawk” raketləri əldə etmək cəhdləri nəticə vermir.
ABŞ Prezidenti Donald Tramp son açıqlamasında Ukraynaya “Tomahawk” uzaqmənzilli raketlərini göndərməyi planlaşdırmadığını bəyan edib.
Bu isə onu göstərir ki, Kiyevin “Tomahawk”lara sahib olmaq istəyi gerçəkləşməyəcək.
Rusiya isə Donetsk vilayətində mühüm strateji məntəqə olan Pokrovsku işğal etmək üzrədir. Hazırda Rusiya ordusunun əsas diqqəti məhz bu şəhəri ələ keçirməyə yönəlib.
Pokrovsk uğrunda artıq üç aydan çoxdur ki, şiddətli döyüşlər gedir.
Qeyd edək ki, Pokrovsk Donetskdən 66 km şimal-qərbdə, Dnepropetrovsk vilayətinin inzibati sərhədi yaxınlığında yerləşir. Bu şəhər Qərbi Donbasın əsas dəmir yolu qovşağı olmaqla mühüm nəqliyyat, sənaye mərkəzi hesab olunur. Şəhər həmçinin, Donbasdakı Ukrayna ordusu, o cümlədən Toretsk, Konstantinovka və Çasov Yar şəhərləri, Slavyansk-Kramatorsk aqlomerasiyası üçün ən mühüm təchizat mərkəzidir.
Buradan aydın görünür ki,  şəhərin işğal edilməsilə Ukrayna cəbhə xəttində daha ciddi problemlərlə üzbəüz qalacaq.  
Görəsən, Ukrayna daha hansı əraziləri itirəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bldirir ki, müharibədə say, maliyyə, silah üstünlüyü Rusiyanın tərəfindədir:
“Ukrayna ordusu qəhrəmanlıqla vuruşur. Amma daha zəifdir. Onun bu zəifliyini Qərb müasir silahlar verməklə kompensasiya edə bilər. Lakin bunu etmirlər”.
Qərb Ukraynanın qələbəsini istəmir.
Həmsöhbətimizin fikrincə, Qərb Rusiya və Ukraynanın müharibə nəticəsində əldən düşmələrini gözləyir:
 

“Belə vəziyyətin yaranması Qərbin xeyrinədir. Çünki bu halda dünya miqyasında iki böyük dövləti zəiflədir. Yəni Qərb əvvəllər olduğu kimi yenə də ikiüzlü siyasət yeritməkdə davam edir. Onlar vaxtilə Azərbaycandan Ermənistana toxunmamağı tələb edirdi. Ermənistandan isə beynəlxalq hüquqa hörmət etməsini tələb etsə də, əslində işğalçını dəstəkləyirdi. Ukrayna məsələsində də Qərb Kiyevə silahı, maliyyə yardımını “çay qaşığı” ilə verməkdə davam edir ki, duruş gətirə bilsinlər. Bununla yanaşı, Qərb Ukraynanın qələbəsini də istəmir”.

Ukrayna bütün Donetsk və Luqanskı itirəcək.
Politoloq qeyd edir ki, Putin Donetsk və Luqansk vilayətlərini tam olaraq nəzarətə götürməyi qət edib:
“Ukrayna nə qədər müqavimət göstərsə də, yeni ərazilər itirməli olacaq. Putin Donetsk və Luqansk vilayətlərini tam şəkildə ələ keçirəndən sonra məqsədlərinə çatdıqlarını bəyan edəcək. Sonra təmas xəttində atəkəs elan olunacaq. Ardınca uzunmüddətli danışıqlar gedəcək”.
Rüfət Sultan, Bizim.Media  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Noyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri