ABŞ ukraynalı vətəndaşı bu əməlinə görə vətəndaşlıqdan məhrum edir
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Ədliyyə Nazirliyi Florida məhkəməsində 2020-ci ildə silah qaçaqmalçılığında təqsirli bilinən ukraynalı Vladimir Volqayevin ABŞ vətəndaşlığının ləğvi ilə bağlı iddia qaldırıb.
Gununsesi.info -nun xarici mediaya istinadən məlumatına görə, Volqayev 2011-ci ildən Ukrayna və İtaliyaya silah komponentləri satıb və 2014-2015-ci illərdə qanunsuz fəaliyyətini gizlədərək vətəndaşlıq üçün müraciət edib.
2016-cı il yanvarın 11-də ABŞ pasportu alan Volqayev sonrakı iki ildə fəaliyyətini davam etdirib. Baş prokurorun köməkçisi Brett Şumat bildirib ki, ölkə onun “heç vaxt verilməməli olan vətəndaşlığı saxlamasına icazə verməyəcək”.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp administrasiyası ölkənin Ali Məhkəməsindən Volqayevin doğuş vətəndaşlığını məhdudlaşdıran fərmanın konstitusiyaya uyğunluğunu yoxlamağı xahiş etmişdi.
Firuzə


