Icma.az
close
up
RU
ABŞ Ukraynanın müdafiəsi koalisiyasından çıxır Avropa isə Vaşinqtonsuz tərəddüd edir

ABŞ Ukraynanın müdafiəsi koalisiyasından çıxır Avropa isə Vaşinqtonsuz tərəddüd edir

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ ilə Avropadakı müttəfiqləri arasında Ukrayna ilə bağlı siyasətdəki fikir ayrılıqlarını ön plana çıxaracaq daha bir hərbi planlaşdırma və diplomatik fəaliyyət həftəsi başlayır. Bu, NATO-nun Brüsseldəki mənzil-qərargahında ardıcıl iki gün keçiriləcək iki əsas toplantıda özünü göstərəcək.

ABŞ ilk toplantıda iştirak etməyəcək. Görünür ki, Avropa ölkələri öz planları ilə irəliləməyə çalışarkən Vaşinqton ikinci toplantıda da əsas rol oynamayacaq. Aprelin 10-da keçiriləcək ilk toplantı Kanada və Avstraliya kimi qeyri-Avropa ölkələrini də əhatə edən "istəklilər koalisiyası"nın müdafiə nazirlərini bir araya gətirəcək.

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ evdə baş vermiş gərgin görüşdən sonra martın əvvəlində formalaşdırılan bu koalisiya 30 ölkədən ibarətdir. Onun əsas məqsədlərindən biri mümkün atəşkəs və ya sülh sazişindən sonra Ukraynaya göndəriləcək hərbi qüvvə yaratmaqdır. Lakin bu qüvvənin yaradılması ilə bağlı əsas problemlərdən biri odur ki, bir çox ölkələr, o cümlədən Britaniya bu təşəbbüsün yalnız ABŞ-nin dəstəyi ilə - hava dəstəyi, logistik və kəşfiyyat təminatı ilə - mümkün ola biləcəyini bildirib. Ancaq indiyədək ABŞ-dən bu istiqamətdə açıq bir dəstək siqnalı verilməyib.

NATO-nun Avropadakı keçmiş ali baş komandanı Filip Bridlav “Radio Svoboda”-ya deyib ki, o, Vaşinqtonda belə bir dəstəyi təmin etmək üçün siyasi iradənin olmadığını düşünür. Lakin onun fikrincə, Avropa hər halda öz planlarını davam etdirməlidir: "Əgər Putin hasarın o tayına baxsa və Böyük Britaniya, Fransa və Almaniyanın da daxil olduğu böyük bir koalisiyanı görsə, fasilə verəcək".

Almaniyanın Ukraynada hər hansı hərbi qüvvədə təmsil olunub-olunmayacağı bəlli deyil. Ölkə fevralda keçirilən seçkilərdən sonra siyasi keçid dövrünü yaşayır və yeni koalisiya hökumətinin qurulması ilə bağlı danışıqlar davam edir.

Britaniya və Fransa koalisiyaya rəhbərlik edərək missiya üçün hərbi güc təmin edəcəyinə söz verib və aprelin 10-da keçiriləcək danışıqlara ev sahibliyi edəcəklər.

"Düşünürəm ki, Avropa bunu özü edə bilər", - Bridlav deyib.

"Rusiya ordusu çox zərbə alıb. Onların qüvvələri yenidən qurmaq və bərpa etmək üçün ABŞ-nin təmin edəcəyi sülh müddətinə ehtiyacı var. Onlara bərpa olunmağa icazə vermək Rusiyaya verdiyimiz ən böyük hədiyyə olacaq", – o, qeyd edib.

Transatlantik fikir ayrılığı Ukrayna Müdafiəsi üzrə Əlaqə Qrupunun (Ramştayn formatı) toplantısında bir daha üzə çıxacaq. Bu qrup 2022-ci ildə ABŞ-nin ozamankı müdafiə naziri Lloyd Ostin tərəfindən yaradılıb.

Ostinin sədrlik etdiyi bu görüşlərdə əsas məqsəd Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya hərbi yardımın koordinasiyası idi. Lakin onun varisi Pit Heqset, görünür, bu dəfə toplantıya qatılmayacaq. Pentaqon aprelin 4-də bildirib ki, Heqset həmin vaxt Panamaya səfər edəcək.

"Avropadakı müttəfiqlərimizin liderləri qitənin müdafiəsinə görə əsas məsuliyyəti öz üzərilərinə götürməlidirlər", – Heqset fevral ayında deyib.

O, bu fikirləri Əlaqə Qrupunun əvvəlki iclasında iştirak etdikdən bir gün sonra səsləndirib. Heqset həmin görüşdə iştirak etsə də, iclasa sədrlik etməmişdi.

"Heqsetin iştirak etməməsi ABŞ-nin bu dəfə Ukraynaya dəstək üçün yeni bir yardım paketi açıqlamaq niyyətində olmadığını göstərir", – keçmiş NATO rəsmisi C.Şi bildirib.

"Mən katib Heqseti şəxsən dost hesab edirəm. Amma sizə deyərdim ki, onun getməməsi çox böyük səhvdir", - Bridlav deyib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Aprel 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri