ABŞ Ukraynaya 725 milyon dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır
Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya 725 milyon dollar məbləğində böyük hərbi yardım paketi hazırlayır.
Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, bu addım Baydenin prezidentlik müddəti bitməmiş Rusiya təcavüzünün artması fonunda Ukraynaya dəstək səylərinin bir hissəsidir.
“Bu, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın 2025-ci il yanvarın 20-də vəzifəyə başlamasından əvvəl Bayden administrasiyasının son böyük hərbi yardım ödənişlərindən biri olacaq”, - deyə vurğulanıb.
Məlumata görə, Konqres yaxın günlərdə paketlə bağlı rəsmi bildiriş alacaq. Yardımın yekun məzmunu və ölçüsü Bayden onu imzalamazdan əvvəl yekunlaşdırıla bilər.
Qeyd olunub ki, bu silah paketi hətta Vaşinqtondakı siyasi dəyişikliklər fonunda ABŞ-nin Ukraynaya strateji dəstəyini nümayiş etdirir.
Daşqın Həsənov
Missiya.Az
Baxış sayı:125
Bu xəbər 28 Noyabr 2024 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















