ABŞ Ukraynaya ayrılmış PUA əleyhinə texnologiyaları öz ordusuna yönləndirir
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rəsmi Vaşinqton Ukraynaya göndərilməsi planlaşdırılan kritik pilotsuz uçuş aparatlarına (PUA) qarşı texnologiyaları ABŞ Silahlı Qüvvələrinin sərəncamına verir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" yayıb.
Nəşrin yazdığına görə, Pentaqon ötən həftə Konqresə qısa məlumat verərək bildirmişdi ki, əvvəllər Ukraynaya göndərilən və Rusiya istehsalı olan dronların vurulması üçün nəzərdə tutulan xüsusi raket başlıqları artıq ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki bölmələrinə göndərilir.
Analitiklər bu addımı Tramp Administrasiyasının Ukraynaya hərbi yardım öhdəliklərinə sadiqliyinin zəifləməsi kimi qiymətləndirirlər.
Xatırladaq ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Tramp Putinlə danışığında ABŞ-nin Ukrayna ordusunun Rusiyadakı aerodromlara hücum planlarından xəbərsiz olduğunu bəyan edib. Bu açıqlamanı daha sonra Ağ Evin mətbuat katibi Kerolayn Livitt də təsdiqləyib.
Baxış sayı:90
Bu xəbər 05 İyun 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















