ABŞ: Ukraynaya hərbi yardım edilməsi onun Moskva ilə danışıqlarda iştirakından asılıdır
Icma.az bildirir, Bizimyol-ə istinadən ABŞ: Ukraynaya hərbi yardım edilməsi onun Moskva ilə danışıqlarda iştirakından asılıdır.
Bizimyol.info xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Verilən məlumata görə, Heqset eyham vurub ki, Ukraynaya müdafiə sektorunda gələcək dəstəyin həcmi onun Moskva ilə dialoq istiqamətində atacağı addımlardan asılı olaraq yenidən nəzərdən keçirilə bilər. O vurğulayıb ki, prezident Donald Tramp “davamlı sülhə nail olmaq üçün hər iki tərəf üçün ən təsirli stimul və ya sanksiyaları” müəyyən edəcək.
"Təhlükəsizlik yardımı - biz artıq təsdiqlənmişləri təmin etməyə davam edirik. Bununla belə, mən hesab edirəm ki, gələcək maliyyələşdirmənin - istər kiçik, istərsə də böyük məbləğdə - də danışıqlar prosesinin bir hissəsi ola biləcəyini söyləmək ədalətli olardı", – deyə Heqset bildirib.
O, həmçinin qeyd edib ki, Tramp administrasiyası Vladimir Putinin Ukrayna ilə bağlı uzunmüddətli motivlərini nəzərə alır. “Prezidentin davamlı sülhə nail olmaq üçün hər iki tərəfdən ən təsirli stimul və ya sanksiya kimi müəyyən etdiyi nə olursa olsun, təbii ki, Vladimir Putinin Ukrayna ilə bağlı uzun müddətdir mövcud olan motivlərini başa düşür”, – deyə nazir əlavə edib.
Heqset onu da açıq şəkildə bildirdi ki, o, Rusiya və Ukrayna arasında danışıqlarda fəal iştirak etmək niyyətində deyil ki, bu da Kiyevə yardımın əlaqələndirilməsində əsas rol oynamış sələfi, keçmiş müdafiə naziri Lloyd Ostinlə müqayisədə onun daha təmkinli mövqeyindən xəbər verir.
Qadir, Bizimyol.info
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)