Icma.az
close
up
RU
ABŞ Ukraynaya qarşı qoyduğu əsas qadağanı ləğv etdi WSJ

ABŞ Ukraynaya qarşı qoyduğu əsas qadağanı ləğv etdi WSJ

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanın Qərb istehsalı olan uzaqmənzilli raketlərdən Rusiya ərazisinə dərinlikdə zərbələr endirməsinə qoyulan əsas qadağanı aradan qaldırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” 22 oktyabr tarixində amerikalı rəsmilərə istinadən yazıb.

Bu addım, Ukraynanın belə hücumlara dəstək verilməsi ilə bağlı səlahiyyətlərin Pentaqon rəhbəri Pit Heqsetdən NATO-nun Avropadakı birləşmiş silahlı qüvvələrinin baş komandanı, amerikalı general Aleksus Qrinkeviçə ötürülməsindən sonra atılıb.

Keçmiş prezident Co Bayden dövrünün sonunda Ukraynaya "Storm Shadow” və ATACMS raketlərindən Rusiya ərazisindəki hədəflərə qarşı istifadə etməyə icazə vermişdi. Lakin Tramp hakimiyyətə gəldikdən sonra Pentaqon belə hücumların təsdiqi üçün yeni yoxlama proseduru tətbiq etdi. Bu sistem ABŞ və ya digər Qərb istehsalı raketlərin, o cümlədən "Storm Shadow”ların istifadəsi üçün Vaşinqtonun hədəf məlumatlarından asılı olan icazə mexanizmini nəzərdə tuturdu.

Heqsetin Ukraynanın uzaqmənzilli raketlərlə Rusiyaya zərbə endirib-endirməməsi barədə son qərar vermək səlahiyyəti var idi. Lakin iki amerikalı rəsmiyə görə, indiyə qədər heç bir belə hücum təsdiqlənməyib – səlahiyyətlər yenidən Avropa komandanlığına qaytarılana qədər.

ABŞ rəsmiləri bildiriblər ki, bu qərardan sonra Ukrayna, 290 kilometr məsafəyə qədər zərbə endirə bilən Britaniya istehsalı "Storm Shadow” raketlərindən daha çox istifadə edə biləcək.

WSJ qeyd edir ki, ABŞ bu raketlərin istifadəsini məhdudlaşdırmaq imkanına malikdir, çünki onların hədəfə yönəldilməsi üçün amerikalı kəşfiyyat məlumatlarından istifadə olunur.

Ukraynaya "Storm Shadow” raketlərindən istifadəyə qoyulmuş məhdudiyyətin götürülməsi qərarı, prezident Vladimir Zelenski ilə Trampın ötən həftə Ağ Evdə keçirdiyi görüşdən bir qədər əvvəl qəbul edilib.

Bu dəyişiklik oktyabrın əvvəlində Trampın Kremlə təzyiq göstərərək Ukrayna ilə sülh danışıqlarına başlamağa vadar etmək cəhdləri ilə üst-üstə düşüb.

Zelenski isə ABŞ-dan uzaqmənzilli "Tomahawk” qanadlı raketlərini almaq istəyirdi. Bu raketlər kifayət qədər sayda təqdim olunacağı təqdirdə Ukraynanın uzaq məsafələrdə zərbə gücünü xeyli artırardı. Lakin Tramp bu tələbi rədd edib.

Ukrayna uzun müddətdir ki, ABŞ-dan "Tomahawk” raketləri almağa ehtiyac duyduğunu bildirir. "The New York Times” yazır ki, ABŞ Müdafiə Nazirliyi bu raketlərin satışı və ya Ukraynaya ötürülməsi üçün planlar hazırlayıb — prezidentin göstərişi olacağı təqdirdə.

Ancaq 17 oktyabrda Ağ Evdə keçirilən görüşdə Tramp bəyan edib ki, "Tomahawk” barədə düşünmədən” müharibəni bitirmək istəyir. Zelenski isə bildirib ki, tərəflər bu məsələni hələlik müzakirə etməmək qərarına gəliblər, çünki ABŞ "eskalasiyadan yayınmaq” istəyir.

Tramp həmçinin Ukrayna və Rusiyanı sülh razılaşması imzalamağa və "mövcud cəbhə xəttində dayanmağa” çağırıb. Zelenski bu yanaşma ilə razılaşıb.

21 oktyabrda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Storm Shadow” raketləri ilə Rusiyanın Bryansk vilayətindəki kimya zavoduna zərbə endirildiyini açıqlayıb.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri