Icma.az
close
up
RU
ABŞ Ukraynaya Rusiya ərazisinə zərbə endirməyə icazə verib? Trampdan açıqlama

ABŞ Ukraynaya Rusiya ərazisinə zərbə endirməyə icazə verib? Trampdan açıqlama

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"The Wall Street Journal" nəşrinin məlumatına görə, ABŞ hökuməti Ukraynaya Qərb müttəfiqləri tərəfindən verilmiş uzun mənzilli raketlərdən Rusiya ərazisindəki hədəflərə qarşı istifadə etməyə icazə verib. Bu qərar, nəşrin yazdığına görə, Kiyevə Rusiya ərazisindəki strateji obyektlərə zərbə endirmək imkanını açır və Kremlin üzərinə hərbi təzyiqi artırır.

Məlumata əsasən, 21 oktyabr 2025-ci ildə Ukrayna Silahlı Qüvvələri artıq Böyük Britaniyanın “Storm Shadow” qanadlı raketindən istifadə edərək Bryansk vilayətindəki kimya zavoduna zərbə endirib.

"The Wall Street Journal" qeyd edir ki, ABŞ-nin bu qərarı Pentaqon rəhbərliyində səlahiyyət bölgüsündən sonra qəbul olunub. Belə ki, bundan sonra belə əməliyyatlara icazə vermək səlahiyyəti müdafiə naziri Pit Heqsetdən ABŞ-nin Avropadakı qoşunlarının komandanı, eyni zamanda NATO-nun birləşmiş komandanlığının rəhbəri olan general Aleksus Grinkyeviçə keçib.

Eyni zamanda nəşr yazır ki, bu qərar ABŞ Prezidenti Donald Trampın Kremlin üzərinə təzyiqi artırmaq və onu danışıqlara məcbur etmək strategiyası ilə üst-üstə düşür. Məlumata görə, Ağ Ev Kiyevə “Tomahawk” tipli, 1600 kilometrdən çox məsafəyə malik qanadlı raketlərin mümkün təchizatını da nəzərdən keçirir.

Lakin Donald Tramp yayılan məlumatları “saxta xəbər” adlandırıb. ABŞ Prezidenti "The Wall Street Journal"-ın yazdıqlarını təkzib edərək deyib:

“ABŞ-nin bu raketlərlə, onların haradan gəldiyi və Ukraynanın onlardan necə istifadə etdiyi ilə heç bir əlaqəsi yoxdur!” – deyə Tramp bildirib.

Kreml isə daha əvvəl bəyan edib ki, Qərb silahlarının Ukraynaya verilməsi döyüş meydanındakı vəziyyəti dəyişməyəcək və Rusiyanın hədəflərinə təsir etməyəcək.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri