Icma.az
close
up
RU
“ABŞ Ukraynaya yalnız müdafiə üçün kəşfiyyat məlumatlarını təqdim edir“ CNN

“ABŞ Ukraynaya yalnız müdafiə üçün kəşfiyyat məlumatlarını təqdim edir“ CNN

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Tramp Rusiyanın Ukraynaya zərbələr endirməkdə davam etməsindən narazıdır və yeni sanksiyalarla hədələyib..."

ABŞ hələ də Kiyevə Ukraynanın müdafiəsinə kömək edən kəşfiyyat məlumatlarını ötürür, lakin Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusuna zərbələr endirmək üçün istifadə edə biləcəyi məlumatların həcmi azaldılıb.

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı amerikalı hərbi rəsmilərə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Vaşinqton elə bir vəziyyətdən qaçmağa çalışır ki, ABŞ-ın birbaşa Rusiya mövqelərinə hücumlarda iştirak etdiyi kimi görünməsin. Məhz bu səbəbdən silah tədarükü müvəqqəti dayandırılıb. 

Bununla belə, ABŞ rəsmiləri vurğulayıb ki, Ukraynanın müdafiəsinə kömək edə biləcək məlumatlar gizlədilmir. Rəsmilər həmçinin təsdiqləyib ki, döyüş meydanında rabitənin təmin olunmasında əsas rol oynayan İlon Maskın "Starlink  peyk rabitə xidməti Ukrayna ordusu üçün hələ də aktivdir. 

Daha öncə ABŞ prezidenti Donald Trampın administrasiyası Kiyevlə kəşfiyyat məlumatlarının paylaşılmasını qismən azaltmaq barədə göstəriş verib. Bu addım Ukraynanı Moskva ilə danışıqlara təşviq etmək məqsədilə atılıb.

Bundan əlavə, martın 7-də tarixində Donald Tramp bəyan edib ki, əgər Rusiya Ukraynaya zərbələrini davam etdirərsə, yeni sanksiyalar tətbiq oluna bilər. "Axios" nəşrinin məlumatına görə, Ağ Evdəki yüksək vəzifəli bir rəsmi bildirib ki, Vaşinqtonun sülh təşəbbüsləri fonunda Moskvanın hərəkətləri Trampın narazılığını getdikcə daha da artırır.

ABŞ hələ də Ukrayna Silahlı Qüvvələrinin özünü müdafiə etməsinə kömək edə biləcək kəşfiyyat məlumatlarını bölüşür, lakin Rusiya işğalçılarına zərbələr endirmək üçün istifadə edilə biləcək istənilən məlumatların paylaşımını "azaldıb".

Onlar bildirib ki, ABŞ Rusiya ərazisinə zərbələr endirməkdə Ukraynaya fəal kömək edən tərəf kimi görünməsini istəmir, buna görə də hərbi yardım dayandırılıb. Lakin ABŞ Ukraynanın özünü müdafiə etməsinə kömək edə biləcək məlumatları gizlətmək niyyətində deyil, rəsmilər vurğulayıb.

Eyni zamanda, amerikalı rəsmilər qeyd edib ki, Ukraynanın döyüş meydanında rabitə üçün əsas etibar etdiyi İlon Maskın "Starlink" peyk internet xidməti hələ də aktivdir.

Nəşr əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya zərbələr endirməkdə davam etməsindən narazılığını ifadə edib. O, ABŞ-ın iki ölkə arasında vasitəçilik etməyə çalışdığı bir vaxtda Moskvanın bu hərəkətlərini pisləyib və əgər Rusiya hücumları dayandırmasa, yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.

Kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırılması

Tramp administrasiyası Ukraynanın Rusiya ilə mübarizəsinə kömək məqsədilə ABŞ-ın bu ölkə ilə paylaşdığı bəzi kəşfiyyat məlumatlarının ötürülməsini qismən dayandırmaq barədə göstəriş verib.

Milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff bəyan ediblər ki, bu məhdudiyyət müvəqqəti ola bilər və əgər Tramp Ukraynanın sülh danışıqlarına doğru real addımlar atdığına inansa, yenidən nəzərdən keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri