ABŞ və Almaniyadan silahları buraxmaq çağırışı ilə bağlı bəyanat
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit, baş nazir Olaf Şolzun mesajını yazılı açıqlamasında paylaşıb.
Açıqlamada Şolzun terror təşkilatı PKK lideri Öcalanın təşkilatı tərksilah və ləğv etmək çağırışını alqışladığı bildirilib.
Açıqlamada terror təşkilatının “PKK-nın hərəkətləri çoxlu itkilərə səbəb olub” və sözügedən çağırışın şiddətin öhdəsindən gəlmək üçün fürsət təqdim etdiyi qeyd edilib.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz da yazılı açıqlama verərək: “Bu, mühüm bir hadisədir və ümid edirik ki, bu, türk müttəfiqlərimizi ABŞ-ın Suriyanın şimal-şərqindəki anti-İŞİD tərəfdaşları barədə əmin etməyə kömək edəcək. İnanırıq ki, bu, problemli bölgəyə sülh gətirməyə kömək edəcək”, - deyə qeyd edib.
Kürdüstan Regional Rəhbərliyinin (KRG) sədri Neçirvan Bərzani də bu çağırışı müsbət qarşılayıb. Bərzaninin adından KRG Rəyasət Heyətindən edilən yazılı açıqlamada: “Biz prosesin uğurlu olması üçün istənilən rolu oynamağa hazırıq”, - deyə bildirilib.
Bəyanatda: “Yalnız bununla (demokratiya) daha yaxşı nəticələr və nailiyyətlər əldə etmək olar, silah və zorakılıq yolu ilə deyil”, - deyə qeyd edilib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:278
Bu xəbər 28 Fevral 2025 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















