Icma.az
close
up
RU
“ABŞ və Avropa narahatdır: İranın müqavimət ruhu sarsılmır“ “Die Welt“

“ABŞ və Avropa narahatdır: İranın müqavimət ruhu sarsılmır“ “Die Welt“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yaxın Şərqdəki müharibə Çinin mövqelərini gücləndirib, Vaşinqtonun çəkindirici gücü isə zəifləyib..."

Vaşinqtonun Tehrana qarşı həyata keçirdiyi hərbi strategiya gözlənilən nəticəni verməyib və bu proses həm ABŞ-ın, həm də Qərbin mövqelərini zəiflədib.

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" nəşri yazıb.

Nəşr yazır ki, son həftələrdə İran raket arsenalını yenidən bərpa etməyə nail olub və ABŞ ilə İsrail faktiki olaraq əvvəlki vəziyyətə qayıdıb. Məqalədə qeyd olunur ki, İranın müqavimət ruhu zəifləməyib, əksinə, ABŞ-nin çəkindirmə potensialı minimum həddə enib.

Tramp müharibəyə seçki şousu kimi yanaşdı

"Die Welt" məsuliyyətin əsas hissəsini ABŞ prezidenti Donald Trampın üzərinə qoyur. Nəşr Trampı emosional və xaotik qərarlar verməkdə, hərbi ekspertlərin xəbərdarlıqlarını nəzərə almamaqda ittiham edir.

Məqalədə iddia olunur ki, Ağ Ev rəhbəri İran hakimiyyətinin qısa müddətdə çökəcəyinə inanıb və hərbi əməliyyatı genişmiqyaslı strategiya kimi deyil, seçki kampaniyasındakı çıxışlarına bənzər şəkildə planlaşdırıb.

Nəşr yazır ki, ABŞ qoşunları tələsik şəkildə Uzaq Şərqdən Hörmüz boğazına yönəldilib, Asiyadakı müttəfiqlərdən hava hücumundan müdafiə sistemləri geri çəkilib, lakin mümkün quru əməliyyatı ilə bağlı təkliflər diqqətdən kənarda qalıb.

İranın müqaviməti qırılmadı

Məqalədə 1991-ci ildə İraqa qarşı həyata keçirilmiş "Səhrada tufan" əməliyyatı ilə indiki vəziyyət müqayisə olunur. Nəşr qeyd edir ki, o dövrdə ABŞ uzun hazırlıq aparıb, beynəlxalq koalisiya yaradıb və genişmiqyaslı hərbi plan hazırlayıb. Hazırkı münaqişədə isə belə strategiyanın olmadığı vurğulanır.

Nəşr hesab edir ki, ABŞ hava zərbələrinin ilkin uğurunu davam etdirə bilməyib və nəticədə İran rəhbərliyi mövqelərini qorumağa nail olub. Qeyd olunur ki, İsrail kəşfiyyatı Vaşinqtona kürd qüvvələrinin silahlandırılması ilə bağlı təklif təqdim etsə də, Tramp bunu rədd edib. 

Nəşr bildirir ki, ABŞ administrasiyası müharibənin əsas məqsədini dəqiq müəyyənləşdirə bilməyib: bir müddət rejim dəyişikliyindən, daha sonra zənginləşdirilmiş uranın ələ keçirilməsindən, daha sonra isə İran rəhbərliyinə qarşı hədəflərdən danışılıb.

Müharibə Çinin mövqelərini gücləndirib

"Die Welt" hesab edir ki, yaranmış vəziyyət Avropada da ciddi narahatlıq yaradır. Məqalədə bildirilir ki, Avropa bir tərəfdən İranın nüvə imkanlarının zəifləməsini istəyir, digər tərəfdən isə ABŞ-nin zəifləyən təsir imkanlarını və Çinin sürətlə güclənməsini izləyir.

Nəşrin fikrincə, Yaxın Şərqdəki müharibə nəticəsində ən böyük geosiyasi üstünlük qazanan tərəflərdən biri məhz Çin olub. Məqalə müəllifi vurğulayır ki, Pekin qısa müddətdə və birbaşa müdaxilə etmədən qlobal mövqelərini daha da gücləndirə bilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 May 2026 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see293

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see290

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see285

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see270

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see259

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see256

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see244

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see240

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see239

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see238

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see224

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see223

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see222

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see222

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see219

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see213

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see211

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see208

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see207

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri