Icma.az
close
up
RU
ABŞ və Çin arasında ticarət danışıqları “yaxşı gedir” Neft qiymətləri yüksəldi

ABŞ və Çin arasında ticarət danışıqları “yaxşı gedir” Neft qiymətləri yüksəldi

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ ilə Çin arasında davam edən ticarət danışıqları müsbət atmosferdə keçdiyindən beynəlxalq bazarda neftin qiyməti yenidən yüksəlməyə başlayıb.

"Ölkə.az" xəbər verir ki, “The Financial Times” nəşrinin yazdığına görə, ABŞ və Çin nümayəndə heyətləri çərşənbə axşamı səhər saat 10:30-dan etibarən Britaniyanın hökumət binası olan Lankaster Hausda danışıqlara başlayıblar. ABŞ-ın ticarət naziri Hovard Lütnek bildirib ki, müzakirələr bütün gün boyu davam edəcək: “Dünən bütün günü danışıqlar apardıq, bu gün də eyni şəkildə davam edəcəyik. Danışıqlar yaxşı gedir, birlikdə çox vaxt keçiririk”.

Görüşlərdə Çinin vitse-premyeri Xı Lifən və ABŞ-ın maliyyə naziri Skott Bessent də iştirak edir. Bu görüşlər, ötən həftə ABŞ prezidenti Donald Tramp ilə Çin sədri Si Cinpin arasında baş tutan telefon danışığından sonra planlaşdırılıb. Ağ Evdən verilən mesajlara əsasən, əgər Pekin nadir torpaq elementlərinin ixracını sürətləndirməyə razılıq versə, Tramp Çinlə çip ticarətinə tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasını nəzərdən keçirə bilər.

Danışıqlarla bağlı müsbət gözləntilər neft bazarına da təsir göstərib. Reuters agentliyinin məlumatına görə, Brent markalı neftin fyuçers qiyməti 81 sent və ya 1,2% artaraq 67,85 dollara çatıb. ABŞ-ın West Texas Intermediate (WTI) markalı nefti isə 83 sent və ya 1,3% bahalaşaraq 66,12 dollar olub. Bu artım hər iki növ neftin son 7 həftənin ən yüksək göstəricisinə çatmasına səbəb olub. Brent üçün bu, 17 apreldən bəri ən yüksək bağlanışa doğru irəliləyiş sayılır. WTI üçün isə 3 apreldən bəri ən yüksək səviyyə qeydə alınıb.

Ekspertlər hesab edirlər ki, ABŞ-Çin danışıqlarında əldə olunacaq nəticələr təkcə texnologiya və ticarət sferasına deyil, enerji bazarına da birbaşa təsir göstərəcək.(Musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyun 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see362

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see142

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see142

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri