Icma.az
close
up
RU
ABŞ və Çin arasında ticarət tarifləri müvəqqəti olaraq azaldıldı

ABŞ və Çin arasında ticarət tarifləri müvəqqəti olaraq azaldıldı

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


ABŞ və Çin arasında son vaxtlar gərginləşən ticarət münasibətlərində mühüm irəliləyiş əldə olunub.
Yeniavaz.com
CNBC-yə istinadən xəbər verir ki, iki ölkə 90 günlük müddət ərzində qarşılıqlı idxal tariflərini 125%-dən 10%-ə endirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, bu razılaşma İsveçrədə keçirilən danışıqlar zamanı əldə olunub. ABŞ Maliyyə Naziri Skott Bessent danışıqların məhsuldar keçdiyini bildirib: “Cenevrə gölündə baş tutan bu proses, razılığın əldə olunmasına mühüm töhfə verdi”.
Bununla belə, ABŞ-nin bu ilin fevralında fentanilin qeyri-qanuni idxalına görə tətbiq etdiyi 20%-lik tariflər qüvvədə qalır. Bu, Çindən idxal edilən məhsullara tətbiq olunan ümumi tariflərin 30% səviyyəsində qalacağı anlamına gəlir.
Çinin Ticarət Nazirliyi də məsələyə münasibət bildirib. Nazirliyin yaydığı bəyanatda vurğulanıb ki, Çin və ABŞ qarşılıqlı faydalı əməkdaşlığı davamlı şəkildə gücləndirmək və iqtisadi-ticarət münasibətlərini sabit və sağlam şəkildə inkişaf etdirmək niyyətindədirlər.
Eyni zamanda, tərəflər gələcək ticarət əlaqələrinin davamlı şəkildə inkişafı üçün xüsusi mexanizm yaradacaqlarını da açıqlayıblar.
Xatırladaq ki, 2025-ci ilin fevralında ABŞ Prezidenti Donald Tramp fentanilin qeyri-qanuni idxalını əsas gətirərək, Çindən gətirilən məhsullara tətbiq olunan tarifləri 10%-dən 20%-ə, daha sonra isə 125%-ə qədər artırıb. Çin də buna cavab olaraq aprelin 12-də ABŞ mallarına 125%-lik tarif tətbiq edib.
Tariflərin azaldılması xəbəri maliyyə bazarlarına da müsbət təsir göstərib. Nasdaq fyuçersləri 3,6%, S&P 500 fyuçersləri 2,8%, Dow Jones fyuçersləri isə 2,3% artıb. Pan-Avropa Stoxx 600 indeksi 0,7% yüksəlib. ABŞ dolları isə son bir ayın ən yüksək səviyyəsinə çatıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 12 May 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri