Icma.az
close
up
RU
ABŞ və Çin liderləri görüşəcək Hansısa ortaq məxrəcə gəlmək mümkün olacaq?

ABŞ və Çin liderləri görüşəcək Hansısa ortaq məxrəcə gəlmək mümkün olacaq?

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"ABŞ və Çin lidelərinin oktyabrın 30-a planlaşdırılan görüşü təbii ki, dünyanın diqqət mərkəzindədir. Çünki söhbət dünyanın iki ən böyük iqtisadi gücündən gedir və bu iki ölkə arasında iqtisadi-ticarət münasibətlərdə mövcud olan problemlər bütün dünya iqtisadiyyatına bu və ya digər şəkildə təsir edir".

Bu fikirləri Redaktor.az-a ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpinin gözlənilən görüşü haqqında danışan politoloq Rəşad Bayramov bildirdi.

Onun sözlərinə görə, bu görüşdə müzakirə olunacaq məsələlərin siyahısı genişdir:

"Gözləntilər hər nə qədər əsasən, ticarət və iqtisadi raılaşmalarla bağlı olsa da, bu görüşdə texnologiya, regional təhlükəsizlik və geosiyasi məsələlər üzrə danışıqların aparılacağı şübhəsizdir. Xüsusilə də Tayvan, Cənubi Çin dənizi ilə bağlı məsələlər də müzakirəsi vacib olan məsələlərdir. Məlumdur ki, bir neçə gün əvvəl ABŞ və Çin ticarət razılaşması ilə bağlı çərçivə sazişinin imzalanmasına nail oldular. Bu da öz növbəsində ABŞ və Çin arasında ticarət müharibəsinin dayandırılması və real iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair ehtimalları artırır. Tərəflərin bir-birlərinə qarşı tətbiq etdikləri tariflərin azaldılması, Çinin ABŞ-yə nadir torpaq elementlərinin ixracına tətbiq etdiyi məhdudiyyətin aradan qaldırılması və s. sahələrlə bağlı razılaşma əldə etmək imkanları var. Bir sözlə hər iki ölkənin iqtisadi maraqlarına xidmət edən ticarət razılaşmalarının əldə olunacağı tamamilə mümkün görünür. Bu da əslində təbiidir. Belə ki, ABŞ Çinin, Çin də ABŞ-nin ən böyük ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 700 milyarda dollar civarındadır və iki ölkə arasında iqtisadi-ticarət münasibətlrədə problemlər indiki mərhələdə tərəflərin heç birinin marağında deyil. Odur ki, düşünürəm bu görüşdə hansısa ortaq məxrəcə gəlmək mümkün olacaq".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri