ABŞ və Çin liderləri telefon danışığı aparıblar
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı zamanı Ukraynadakı böhran və İran ətrafındakı vəziyyəti müzakirə etdiyini bildirib.
Modern.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında məlumat verib.
“Danışığımız uzun və ətraflı oldu. Bir çox mühüm mövzulara toxunduq: ticarət, hərbi məsələlər, apreldə Çinə planlaşdırılan səfərim, Tayvan, Rusiya-Ukrayna müharibəsi, İran ətrafındakı vəziyyət, Çin-Amerika arasında neft və qaz ticarəti, kənd təsərrüfatı məhsullarının – o cümlədən soya paxlasının – alışı, aviasiya mühərriklərinin tədarükü və digər mövzular,” – deyə Tramp bildirib.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, telefon danışığı zamanı Si Cinpin Trampı iki ölkə arasında dinc yanaşı yaşama prinsipini qorumağa çağırıb və ABŞ silahlarının Tayvana tədarükü məsələsində ehtiyatlı olmağı tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 04 Fevral 2026 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















