Icma.az
close
up
RU
ABŞ və Çinin 1 ci xanımları Ağ Evdə “moda dueli”nə çıxdılar FOTOLAR

ABŞ və Çinin 1 ci xanımları Ağ Evdə “moda dueli”nə çıxdılar FOTOLAR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Ağ Evdə dövlət səviyyəli şam yeməyində görüşərkən onların həyat yoldaşları Melaniya Tramp və Pen Liyuan da geyimləri ilə diqqət çəkiblər.

Modern.az xəbər verir ki, ABŞ-Çin münasibətlərində gərginliyin artdığı, xüsusilə süni intellektin tənzimlənməsi ilə bağlı fikir ayrılıqlarının müzakirə edildiyi bir vaxtda iki ölkənin lideri Ağ Evdə rəsmi şam yeməyində bir araya gəlib.

“Washington Post”un yazdığına görə, həmin gecənin əsas diqqətçəkən görüntülərindən biri də iki birinci xanımın tamamilə fərqli geyim seçimləri olub.


63 yaşlı Pen Liyuan mərasim üçün ənənəvi Çin geyim üslubunu xatırladan, dik yaxalı, uzun və sərbəst biçimli qırmızı libas seçib. Çin mədəniyyətində firavanlığın simvolu sayılan qırmızı rəngi o, ikiqat ağ mirvari boyunbağı ilə tamamlayıb.

73 yaşlı Si Cinpin isə Çin rəsmi geyiminin ənənəvi variantlarından biri hesab olunan qara Mao kostyumunda olub.
Donald Tramp klassik Qərb üslubuna üstünlük verərək qara smokin geyinib.

Lakin gecənin əsas moda sürprizi Melaniya Trampın seçimi olub.


ABŞ-ın birinci xanımı rəsmi pşam yeməyində qadınların ənənəvi olaraq uzun gecə libaslarına üstünlük verdiyi formatdan kənara çıxaraq şalvar geyinib.

Melaniya "Dolce & Gabbana" brendinin qara jakard şalvarını, eyni brendin ipək qurşağını və boyun hissəsində "Saint Laurent"in iri bantı olan ağ pambıq bluzunu seçib. Görünüşünü "Christian Louboutin" ayaqqabıları tamamlayıb.

Bu seçim Melaniyanın üslubuna da uyğun hesab olunur. O, rəsmi tədbirlərdə klassik uzun libas əvəzinə dəfələrlə daha cəsarətli və qeyri-standart geyimlərə üstünlük verib.

Pen Liyuanın moda dünyasındakı tanınmışlığı isə Çin liderinin həyat yoldaşı olmasından xeyli əvvələ gedib çıxır.

Si Cinpin dövlət başçısı olmamışdan əvvəl məşhur müğənni olan Pen Liyuan sonradan Çinin birinci xanımı kimi də ölkədə və beynəlxalq aləmdə diqqət çəkən simalardan birinə çevrilib.

Onun geyim üslubunda qədim və ənənəvi Çin geyimlərinin elementləri müasir Qərb biçimləri ilə birləşdirilir. 2013-cü ildə, Si Cinpinin hakimiyyətə gəlişindən qısa müddət sonra Pen Liyuan “Vanity Fair” jurnalının dünyanın ən yaxşı geyinən qadınları siyahısına daxil edilib.

Onun bir çox geyimləri Çin dizayneri Ma Kenin adı ilə əlaqələndirilir. Dizaynerin yaradıcılığında ekoloji və təkrar emal olunmuş materiallardan istifadə ilə yanaşı, ənənəvi Çin biçim və tikiş texnikalarına da yer verilir.

Melaniya Tramp da dövlət başçısının həyat yoldaşı olmamışdan əvvəl model kimi tanınırdı. Lakin iki birinci xanım Ağ Evdə və beynəlxalq tədbirlərdə fərqli moda strategiyalarına üstünlük verirlər.

Bir çox ölkələrin birinci xanımları rəsmi tədbirlərdə yerli moda evlərinin geyimlərini seçməklə milli sənayeyə dəstək nümayiş etdirirlər. Melaniya isə tez-tez Avropa və beynəlxalq məşhur dizaynerlərin geyimlərinə üstünlük verir.

O, rəsmi mərasimlərdə qadınların uzun ziyafət libasları geyinməsi ənənəsindən də bir neçə dəfə kənara çıxıb. 2025-ci ildə Qubernatorlar Assosiasiyasının şam yeməyində qadın smokinqi geyinən Melaniya 2026-cı ildə həmin tədbirdə bu dəfə diqqətçəkən gümüşü şalvarla görünmüşdü.

Bu dəfə isə Ağ Evdəki dövlət şam yeməyində onun şalvar seçimi Pen Liyuanın ənənəvi qırmızı ipək libası ilə kəskin kontrast yaradıb.

Beləliklə, həmin axşam iki fərqli geyim tərzi də diqqət çəkib: biri müasirlik və eksperimentə açıqlığı, digəri isə ənənə və klassik mərasim üslubunu nümayiş etdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Sentyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri