ABŞ və Fici amerikan hərbçilərinin adada yerləşdirilməsi barədə saziş hazırlayır
Icma.az, Operativ MM portalına istinadən məlumat verir.
Birləşmiş Ştatlar Ficidə ABŞ Silahlı Qüvvələrinin bölmələrinin yerləşdirilməsinə imkan verəcək saziş imzalamaq niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin Fici Baş naziri Sitiveni Rabuka ilə birgə mətbuat konfransında açıqlayıb.
“Biz silahlı qüvvələrin statusu haqqında saziş üzrə danışıqlara başlamağı elan edirik. Bu sazişin bağlanması təlimlərin və hərbi qarşılıqlı fəaliyyətin artırılması hesabına ikitərəfli müdafiə əməkdaşlığını genişləndirməyə imkan verəcək”, – o bildirib.
Pentaqon rəhbəri qeyd edib ki, saziş ABŞ-yə “Ficinin dəstəklənməsi üçün qüvvələri yerləşdirməyə və ficililərlə təlimlər keçirməyə” imkan verəcək. Eyni zamanda o vurğulayıb ki, ABŞ adada daimi hərbi baza yaratmaq niyyətində deyil.
“Bizim burada, Ficidə hər hansı daimi baza yaratmaq niyyətimiz yoxdur”, – Ostin vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 23 Noyabr 2024 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















