ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb OLDU
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp və Fransa dövlət başçısı Emmanuel Makron arasında Versalda baş tutan görüşdə ənənəvi salamlaşmadan sonra fərqli bir təmas diqqət çəkib.
Redaktor.az xəbər verir ki, liderlər əllərini "qıfıllayaraq" özünəməxsus güc nümayiş etdiriblər.
Adi salamlaşma anı qısa müddətdə daha sərt xarakter alıb. Dövlət başçıları bir-birinin sağ əlini bərk sıxaraq, qol güləşdirirmişlər kimi güc nümayiş etdiriblər. Prosesin başlanğıcında təşəbbüs Fransa prezidentinin tərəfində olub. Lakin çox keçmədən Tramp üstünlüyü ələ alıb, təması daha da gücləndirərək sərbəst əli ilə Makronun çiyninə vurub və onun əlini özünə doğru çəkib. Buna cavab olaraq, Emmanuel Makron bu "duel"də tarazlığı bərpa etmək üçün bədəninin mövqeyini dəyişməyə cəhd göstərib. Nəticədə, ABŞ prezidentinin əlini özünə yaxınlaşdırmağa nail olan Fransa lideri digər əlini onun kürəyinə qoyub və ortaya maraqlı kadrlar çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 18 İyun 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















