ABŞ və İran arasında kritik görüşün yeri bəlli oldu
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Daha əvvəl anonsu verilən razılaşmaların imzalanması məqsədilə ABŞ və İran nümayəndələrinin görüşü İsveçrənin Bürgenştok bölgəsində keçiriləcək.
Bakupost.az xəbər verir ki, bu barədə TASS agentliyinə İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Pyer Alen Elçinqer məlumat verib.
"Son bir neçə gün ərzində XİN ABŞ və İran arasında İsveçrə ərazisində qarşılıqlı anlaşma memorandumunun mümkün imzalanması ilə bağlı ABŞ, İran, Pakistan və Qətərlə sıx təmasdadır. Hazırda sənədin imzalanması iyunun 19-da, cümə günü Nidvalden kantonunun Bürgenştok bölgəsində planlaşdırılır", - deyə o, TASS-ın sorğusuna cavabında bildirib.
Elçinqer qeyd edib ki, görüşün keçiriləcəyi məkan vasitəçilər olan Pakistan və Qətər, eləcə də ABŞ və İran tərəfindən təklif olunub.
"İsveçrə bu danışıqlarda ev sahibi qismində çıxış edir və görüşün ölkə ərazisində keçirilməsi üçün zəruri diplomatik şəraiti təmin edir", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 16 İyun 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















