Icma.az
close
up
RU
ABŞ və İran arasında müharibə olarsa, Azərbaycan hansı vəziyyətdə qalacaq?

ABŞ və İran arasında müharibə olarsa, Azərbaycan hansı vəziyyətdə qalacaq?

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son vaxtlar ABŞ Prezidenti Tehrana sərt mesajlar verməklə yanaşı, İranı bombalayacağını da açıq şəkildə bildirir. Hətta bəzi Qərb KİV-də Tehranın nüvə proqramı ilə bağlı razılaşma əldə etməyəcəyi təqdirdə sentyabr ayına kimi İranın bombalanacağı da iddia edilir. Bundan əlavə “The Daily Mail” İsrailin hərbi-siyasi dairələrindəki mənbələrinə istinadən məlumat yayaraq bildirib ki, ABŞ yaxın həftələrdə İranın nüvə obyektlərinə zərbələr endirə bilər. Bütün bunların fonunda bölgədə yeni bir müharəbinin başlana biləcəyini ehtimal etmək olar. 

Bəs ABŞ və İran arasında hərbi qarşıdurma yaşana bilərmi? Belə bir savaş baş verəcəyi təqdirdə bunun Azərbaycana hansı təsirləri ola bilər? 

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq Tural İsmayılov bildirib ki, Vaşinqton və Tehran arasındakı bütün anlaşılmazlıqlara və qeyri-müəyyənliklərə rəğmən ABŞ Prezidenti Donald Trampın İranla savaşa başlamayacağını düşünür: 

“Çünki Ağ Ev rəhbərinin yeni hədəflərindən biri iqtisadi münasibətlər sistemi üzərində qurulmuş siyasət həyata keçirməkdir. Və onun bütün siyasi addımları və qərarları da həmin bu iqtisadi maraqlar konteksində ölçülür. Hazırda Tramp Yaxın Şərqdə sabitliyi, o cümlədən Rusiya-Ukrayna müharibəsində barışdırıcı bir missiyanı öz üzərinə götürmüşkən onun hansısa bir formada yeni bir savaş variantına  üstünlük verməyəcəyini düşünürəm. Ama eyni zamanda ABŞ ilə İran arasında bir münaqişə olsa belə bu, hansısa uzun müddətli bir müharibə olmuyacaq. Ola bilsin ki, bir neçə gün davam edən bir müharibə ola bilər. Çünki həm coğrafi məsafə, həm də bir çox məqamlar var ki, bu, ABŞ ilə İran arasında geniş çaplı savaş ehtimallarını arxa plana keçirmiş olur”. 

Tural İsmayılov qeyd edib ki, belə bir savaşın baş vermə ehtimalı və burada hətta İranın məğlubiyyəti fonunda bunun birbaşa Zəngəzur dəhlizinə təsiri məsələsinə gəldikdə, bunu indidən müəyyənləşdirmək çox çətindir: 

“Bir şeyi qeyd edim ki, Zəngəzur dəhlizinin açılmasına qarşı təkcə İran yox, Ermənistanı silahlandıran Fransa və Qərbin bəlli mərkəzləri var ki onlar da türk dünyasının birliyindən qorxduğu üçün dəhlizin açılmasını əngəlləməyə çalışırlar. Dəhliz məsələsi ilə bağlı İran və Qərbin həmin bəlli mərkəzləri eyni mövqedən çıxış etməyə çalışırlar. ABŞ və İran arasında baş verə biləcək bir müharibənin hansısa bir formada Zəngəzur dəhlizinə təsirinin olacağını  düşünmürəm. Burada əsas yük hal-hazırda Ermənistanın üzərinə düşür və hesab edirəm ki, geopolitik düzənin necə olmağından asılı olmayaraq, Zəngəzur dəhlizi əvvəl-axır mütləq şəkildə açılacaq”.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://missiya.az
archiveBu xəbər 04 Aprel 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri