Icma.az
close
up
RU
ABŞ və İran nüvə proqramı üzrə növbəti danışıqlara hazırlaşır

ABŞ və İran nüvə proqramı üzrə növbəti danışıqlara hazırlaşır

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün yeni danışıqlar mərhələsinə hazırlaşır. Tərəflər növbəti bir-iki görüş ərzində irəliləyiş əldə etməyə ümid edirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçı ABŞ-İran danışıqlarının beşinci raundundan sonra məlumat verib.

“Tərəflər mövqelərini daha da dəqiqləşdirmək və sonra növbəti raundu keçirmək barədə razılığa gəliblər. Ümid edirəm ki, qarşıdakı bir və ya iki görüş ərzində danışıqları irəlilədəcək qərarlara çata biləcəyik. Oman tərəfindən maneələrin aradan qaldırılması istiqamətində görülən işlər sayəsində irəliləyiş ehtimalı var”, – deyə Araqçı İranın dövlət televiziyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sonuncu danışıqlar raundu indiyədək keçirilənlər arasında ən peşəkarı olub.

“Biz İranın mövqeyini açıq şəkildə izah etdik. Düşünürəm ki, ABŞ tərəfi İranın mövqeyini indi daha yaxşı anlayır”, – deyə o əlavə edib.

İran XİN daha əvvəl bildirib ki, əsas məqsəd ABŞ-ın dəyişkən mövqeyini aydınlaşdırmaqdır. Vaşinqton əvvəlcə 2015-ci il nüvə sazişində nəzərdə tutulduğu kimi, uranın maksimum 3,67 faizlik zənginləşdirilməsini qəbul edirdi. Lakin indi ABŞ İrandan uran zənginləşdirməsini tamamilə dayandırmağı tələb edir. Tehran bu təklifi rədd edib, çünki bu, ölkənin sənaye və tibbi məqsədlər üçün istifadə olunan nüvə proqramının tamamilə dayandırılması demək olardı.

Beşinci raundun yekunlarına dair danışan Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, tərəflər müəyyən, lakin hələlik yekunlaşmamış irəliləyiş əldə ediblər.

“Bu gün Romada ABŞ və İran arasında danışıqların beşinci raundu başa çatdı. Biz ümid edirik ki, qarşıdakı günlərdə qalan məsələləri aydınlaşdıraraq davamlı və layiqli sazişə nail ola biləcəyik”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, ABŞ və İran arasında ilk danışıqlar aprelin 12-də Omanda, ikinci raund aprelin 19-da Romada, üçüncü və dördüncü raund isə aprelin 26-da və mayın 11-də yenidən Oman paytaxtında keçirilib.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 May 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri