Icma.az
close
up
RU
ABŞ və İran razılaşa bilmir Amerika şərtlərini diqtə etdirməkdə israrlıdır

ABŞ və İran razılaşa bilmir Amerika şərtlərini diqtə etdirməkdə israrlıdır

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ və İran arasında növbəti altıncı nüvə danışıqları raundunun keçirilməsi risq altına düşüb. Səbəb isə tərəflər arasında davam edən fikir ayrılıqları və qarşılıqlı ittihamlardır.


Tehran Vaşinqtonun təqdim etdiyi təklifləri “ardıcıl və əlaqəsiz olmayan, son dərəcə qeyri-realist və həddindən artıq tələblər ehtiva edən” kimi dəyərləndirib. İranın adı açıqlanmayan rəsmi nümayəndəsi bildirib ki, amerikalılar daim öz mövqelərini dəyişirlər və bu, danışıqların uğura gedən yolda əsas maneə olub. Onun sözlərinə görə, indi bu vəziyyət danışıqları daha da çətinləşdirir.


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, tərəflər arasında münasibətlər tamamilə pozulmasa da, prosesin gələcəyi qeyri-müəyyəldir.

İran və ABŞ arasında münasibətlərin tamamilə pozulmadığı ehtimalı hələ də mövcuddur. Çünki istər demokratlar, istərsə də ABŞ-nin xüsusi xidmət orqanları səviyyəsində İranla bağlı fərqli yanaşmalar mövcuddur.


Ekspertin sözlərinə görə, prezident Donald Trampın İran siyasəti də hazırkı vəziyyətə ciddi təsir göstərib:


“Trampın birinci prezidentlik dövründə İranın tanınmış hərbi komandiri Qasım Süleymani Bağdadda ABŞ tərəfindən öldürülmüşdü. Həmin dövrdə ABŞ, Barak Obamanın rəhbərliyi ilə imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxdı və İran üzərinə sanksiyalar daha da sərtləşdirildi”.


Politoloq hesab edir ki, Trampın yenidən prezident seçilməsi nəticəsində oxşar yanaşmanın davam edəcəyi ehtimal olunur. Lakin bu dəfə regiondakı vəziyyət İran üçün daha çətindir:


“İranın regional təsir imkanları əvvəlki illərlə müqayisədə zəifləyib. Livanda Hizbullah təşkilatı ciddi zərbələr alır, Suriya rejiminin dayaqları sarsılır, Yəməndə husilər geri çəkilir. Bu hadisələr göstərir ki, İranın "yaxın sektor"dakı gücü azalıb”.


K.Kazımov həmçinin İran daxilində baş verən dəyişikliklərə də diqqət çəkib:


“Yeni prezident rəhbərliyində formalaşan hökumətin ABŞ-yə münasibətinin daha yumşaq ola biləcəyi ehtimal edilir. İran əvvəlki illərə nisbətən daha praqmatik və taktiki mövqe sərgiləyə bilər”.


Bütün bu məqamlarla yanaşı, ABŞ-nin da siyasətində sərtlik ehtimalı qalmaqdadır. K.Kazımov məsələnin iki əsas ssenari üzrə inkişaf edə biləcəyini bildirir:

"Birinci, ABŞ maksimalist yanaşmanı davam etdirir. Vaşinqton danışıqlarda yalnız öz tələblərinin tam qəbulunu istəyir. Bu, xüsusilə nüvə proqramı, regional təsir dairəsi və ballistik raketlər məsələsində özünü göstərir. İkincisi isə, ABŞ diplomatik manevrlərlə prosesi ləngidir. Vaxtı uzatmaq üçün dolaşıq və yeni təkliflər irəli sürülür, nəticədə isə danışıqlar formal olaraq davam etsə də, əslində irəliləyiş olmur".


Ekspertə görə, bu şəraitdə danışıqların tam dayanması və ya nəticə verməməsi heç bir tərəfin rəsmi məsuliyyət daşımadığı bir vəziyyət yarada bilər.


Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 İyun 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri