ABŞ və İran razılaşmasına Netanyahu mane olmağa çalışır Politoloq
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
“ABŞ və İran arasında razılaşmaya Tehran tərəfindən parlamentin sədri M.Qalibaf imza atıb. O, M.Qalibafdır ki, iki gündən bir ABŞ qarşı sərt və kəskin mesajlar yazırdı. ABŞ-ni təhdid edərək, heç bir razılaşmaya getməyəcəyini bəyan edirdi. Amma, D.Trampın dediyi öz təsdiqini tapdı. Tramp deyirdi ki, İran rəsmiləri bizimlə söhbət edəndə çox mülayim və güzəştə hazır olduğunu qeyd edirlər. Amma, çıxıb tam əksini deyirlər. Məhz M.Qalibafın bir tərəfdən ABŞ təhdid edən mesajlar verir, axşam isə, onlarla danışıqlar aparıb, razılaşmalara imza atdı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, xüsusilə, Trampın ad günündə İran bir növ onu təbrik etmiş oldu:
“ABŞ və İran arasında razılaşmadan İsrail tərəfi narazıdır. İsrail də İranın nüvənin zənginləşdirməsindən imtina edilməsini tələb edirdi. Rəsmi Tehran bu təkliflə razılaşıb. Göründüyü kimi, İsrailin hərbi -siyasi kabineti eskalasiyada maraqlıdır və razılaşmanın pozulmasına çalışır. İsrailin Baş naziri B.Netanyahu razılaşmalara qarşı siyasətini davam etdirəcəksə, onun seçkilərdə məğlub olması və istintaqa çıxarılması mümkün görünür. ABŞ prezidenti bir növ B. Netanyahudan qurtulmaq istəyəcək. ABŞ və İran arasında razılaşma Tehranın qalibiyyəti deyil. Ümumiyyətlə, İrana ciddi zərbə vurulub. İran rejiminin qalibiyyəti hakimiyyətdə qalması deməkdir. ABŞ İranın neft -qaz sənayesinə investisiya yatıracaq. İki ölkə arasında iqtisadi əməkdaşlığı əhatə edən yeni müqavilələr hazırlanır”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 17 İyun 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















