Icma.az
close
up
RU
“ABŞ və İran təklifləri qarşılıqlı rədd edir” ŞƏRH

“ABŞ və İran təklifləri qarşılıqlı rədd edir” ŞƏRH

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bir neçə gün əvvəl bildirib ki, ABŞ-la İran arasında münaqişənin sona çatması üçün diplomatik təşəbbüslər aktiv şəkildə davam edir.

O, İslamabadda aparılan məsləhətləşmələrin sülh yolu ilə nəticə verəcəyinə ümid etdiyini söyləyib. Dar həmçinin prosesin bir neçə ölkə tərəfindən dəstəkləndiyini və diplomatik kanalların açıq qaldığını vurğulayıb.

 Gununsesi.info bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib ki, buna baxmayaraq, ABŞ-la İran arasında danışıqlarda irəliləyiş yoxdur: 

“ABŞ və İran bir-birlərinə göndərdikləri təklifləri rədd edirlər. İslamabad tərəfləri görüşdürməyə və heç olmazsa ikisi arasında yazışmaların davamına çalışsa da, ortada real nəticə yoxdur.

Vaşinqton və Tehran Pakistanın vasitəçilik təşəbbüslərinə “yox” demirlər, ancaq tərəflər arasında İslamabadda birinci görüşdən sonra ikinci görüş baş tutmayıb. Pakistanın vasitəçiliyi Çinin işinə yarayır. İkisi arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Pekin İslamabadın vasitəçiliyinin müsbət nəticə verəcəyinə ümidlidir. ABŞ Prezidenti Donald Trampın Pekində Çin lideri Si Cinpinlə görüşündə bir daha aydın oldu ki, Çin qısa müddətdə “Hörmüz boğazı” probleminin həllini istəyir.

Vaşinqton da boğazda tankerlərin azad hərəkətinin bərpasında maraqlıdır. Ancaq bunun üçün Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunması vacibdir. Bu isə hələ ki, mümkün deyil. Pekin isə “Hörmüz boğazı”nın açılması məqsədilə Tehrana təzyiq etmək fikrindən uzaqdır. Bu baxımdan Donald Tramp Si Cinpinlə görüşün nəticələrindən son dərəcə məmnun qaldığını söyləsə də, tərəflərin İran məsələsində mövqeləri fərqlidir”.

Politoloq onu da əlavə edib ki, Donald Trampdan fərqli olaraq Konqresdə Pakistanın vasitəçiliyindən narazılıq edənlər var:

“ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Pakistanın vasitəçi roluna şübhə ilə yanaşdığını bildirib. Senator Pakistanın İrana yaxın davranmaqda ittiham edib. Qrem bildirib ki, əgər İranın hərbi obyektlərini qorumaq üçün İran təyyarələri həqiqətən Pakistan bazalarında yerləşdirilibsə, o zaman Vaşinqton başqa vasitəçi axtarmalıdır. “Pakistana mümkün olan qədər etibar etmirəm. Belədirsə, başqa vasitəçi tapmalıyıq. Təəccüblü deyil ki, bu təşəbbüs nəticə vermədi”, – deyə senator vurğulayıb. Belə bir məlumat da yayılıb ki, İran tərəfinin Pakistana ötürdüyü tələblər ABŞ-a yumşaldılaraq göndərilib. Bu isə bir müddət əvvəl Vaşinqtonda belə bir görüntü yaradıb ki, Tehran Ağ Evin tələblərini qəbul etməyə hazırdır, gerçəkdə isə İrandakı rejim tələblərindən vaz keçməyib”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 May 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri