ABŞ və İran uzlaşmaya çox uzaqdırlar
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"ABŞ-İran arasında dolayı danışıqların ikinci raundu dünən Omanın Cenevrədəki diplomatik nümayəndəliyində keçirildi. Bu danışıqlarda da tərəflər irəliləyişlərə nail olmasalar da, növbəti görüşlər barədə razılıq əldə olunub. D.Tramp İrana iki həftə vaxt verib. İranın Ali Dini rəhbəri Xamenei isə ABŞ-ın mövqeyini tənqid edərək nəticənin birtərəfli olmayacağını deyib".
Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov ABŞ-İran danışıqlarını şərh edərkən səsləndirib. Onun sözlərinə görə, ABŞ və İran hələ uzlaşmaya çox uzaqdırlar:
"Birbaşa təmaslar da yoxdur. Vaşinqton İran ətrafında hərbi gücünü artırır, Tehran isə Rusiya ilə birgə Hörmüzdə hərbi manevrlər edir. Ağ Evin tələbləri təkcə nüvə və raket texnologiyası ilə bağlı deyil. Tramp İranın zəngin təbii resurslarına və strateji sahələrinə nəzarəti əldə etmək istəyir".
Əli Orucov deyib ki, dünyanın neft ehtiyatının 68 faizinə nəzarət edən ABŞ İranın da ehtiyatlarını bura qatmaqla dünya iqtisadiyyatının Ağ Evdən idarə edilməsinə çalışır:
"Güc tətbiq etməklə razılaşma qazanmaq prinsipi İranla bağlı bir qədər çətin olduğundan hərbi müdaxiləyə ehtiyatla yanaşılır. Çünki zəngin təbii resusrslara malik ölkələrdən sıxışdırılıb çıxarılan Çin və Rusiyanın ABŞ-a qarşı hibrid müharibə riskləri var. Odur ki, qarşıdurma uzun müddət diplomatik, hərbi göstəri, təbliğat və siyasi həmlə üzərində davam edəcək".
Süleyman
Bu mövzuda digər xəbərlər:Vens: ABŞ və İran razılaşmaya çox yaxındır
29 May 2026 05:14
İsrail ABŞ İran danışıqlarından çox narahatdır
14 Aprel 2025 19:20
ABŞ və İran razılaşması çox çətindir: Zərbə olacaq?
09 Aprel 2025 09:01
Vens: ABŞ və İran arasındakı mübahisə çox böyükdür
13 Aprel 2026 09:02
“ABŞ və İran arasında qarşılıqlı etimad çox zəifdir”
07 May 2026 14:46
Baxış sayı:120
Bu xəbər 18 Fevral 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















