Icma.az
close
up
RU
ABŞ və İranın məsuliyyətsiz bəyanatları sülhü çətinləşdirir ŞƏRH

ABŞ və İranın məsuliyyətsiz bəyanatları sülhü çətinləşdirir ŞƏRH

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti əslinə qalsa, İranda mövcud olan vəziyyəti obyektiv şəkildə təsvir edib. Heç kimə sirr deyil ki, İranda hakimiyyət konstitusiyaya görə ali dini rəhbərə məxsusdur və onun tabeliyində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) adlı hərbi birləşmə fəaliyyət göstərir. Həmin korpus İran hakimiyyətində çox böyük nüfuza malikdir. Müharibə başlayandan sonra isə onun nüfuzu və hakimiyyətdəki çəkisi bir qədər də artıb".

Bu fikirləri Redaktor.az-a açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov bildirdi.

Müsahibimiz vurğuladı ki, İran xalqının seçdiyi prezident və onun komandası xalq üçün müəyyən işlər görməyə çalışır:

"Ancaq müharibə və sülh məsələlərində həlledici söz prezidentə yox, ali dini rəhbərə məxsusdur. Onun səhhətində problemlər olduğuna görə bu gün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hakimiyyətdə çox böyük çəkiyə malikdir. Verilən qərarların və danışıqların necə aparılmasının müəyyənləşdirilməsində də həmin hərbi birləşmənin rolu olduqca böyükdür. Hazırda prezident və onun komandası ABŞ ilə normal danışıqlar apararaq sülhə nail olmaq istəyir. Çünki dağılan İranın şəhərləri və müəssisələridir, həlak olan isə İran vətəndaşlarıdır. Son hərbi əməliyyatlar zamanı təxminən 4000-ə yaxın İran vətəndaşı həyatını itirib. Təbii ki, prezident və xarici işlər naziri mümkün qədər qısa müddətdə sülhə nail olmağa çalışırlar. Ancaq ali dini rəhbər və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəzi məsələlərdə son dərəcə barışmaz mövqe tutur, aqressiv bəyanatlar verir. Bu da nəticə etibarilə sülh sazişinin əldə olunmasını çətinləşdirir".

Onun sözlərinə görə,  ABŞ-nin Prezidenti də tutduğu vəzifəyə uyğun davranmır, son dərəcə məsuliyyətsiz bəyanatlar verir və qarşı tərəfin vəziyyətini ağırlaşdırmaq üçün əlindən gələni edir:

"Əgər danışıqlar aparılırsa, tərəflər bir-birinə düşmən və ya rəqib kimi deyil, tərəfdaş kimi yanaşmalıdırlar ki, hər iki tərəf müəyyən güzəştlərə getmək imkanına malik olsun. Təəssüf ki, bu gün həm ABŞ rəhbərliyi, həm də İranın müəyyən dairələri son dərəcə məsuliyyətsiz davranırlar. Bu da sülhə nail olmağı xeyli çətinləşdirir. Hadisələrin gedişi göstərir ki, bu danışıqların sülhlə nəticələnməsi ehtimalı yüksək deyil. Böyük ehtimalla, bir müddətdən sonra hərbi əməliyyatlar yenidən başlayacaq, insanlar həlak olacaq, şəhərlər dağıdılacaq. Təəssüf ki, hazırkı mərhələdə bu prosesin sonu görünmür".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Avqust 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri