ABŞ və İsrailin əməliyyatından sonra müəmmalı radiosiqnal qeydə alınıb
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan sonra Qərbi Avropada yerləşən bir radioötürücü müəmmalı siqnallar yaymağa başlayıb. Mənbələrin fikrincə, bu, məlumat ötürmək üçün istifadə olunan şifrəli rabitə ola bilər.
Ölkə.Az-ın məlumatına görə, "Financial Times" qəzeti amerikalı kəşfiyyat mənbələrinə istinadən yazır ki, ABŞ-ın bu üsulla İran daxilindəki agentləri ilə əlaqə saxlaması ehtimalı istisna edilmir.
Nəşrin mənbələrinə görə, siqnal fars dilində səslənən “Diqqət!” sözündən başlayır. Bundan sonra isə belə bir rəqəm ardıcıllığı səsləndirilir: altı, dörd, sıfır, doqquz, üç, doqquz. Yayım İran vaxtı ilə gündə iki dəfə – səhər saat 05:30-da və axşam 21:30-da efirə çıxır.
Yaxın Şərqdə münaqişə başlayandan bir neçə gün sonra yayım güclü radio maneələri ilə kəsilib. Ehtimal edilir ki, İran tərəfi siqnalı bu yolla boğmağa çalışıb. Lakin qısa müddət sonra naməlum səs başqa tezliyə keçərək eyni rəqəm ardıcıllığını ötürməyə davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 11 Mart 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















