ABŞ və İsrailin Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə birgə təlimlər keçirib
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrailin Eylat şəhərindən çıxdıqdan sonra ABŞ-nin raketli eskadrilyası "USS Delbert D. Black" və İsrailin "Sa`ar 5" sinifli "INS Eilat" korveti Qırmızı dənizdə planlı təlimlər keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığına (NAVCENT) istinadən məlumat yayıb.
İsrailin Müdafiə Ordusu bildirib ki, təlimlər İsrail Hərbi Dəniz Qüvvələri ilə ABŞ-nin 5-ci donanması arasında Qırmızı dənizdə davam edən əməkdaşlıq çərçivəsində baş tutub.
Qeyd olunub ki, eskadrilyanın Eylata gəlişi ABŞ Prezidenti Donald Trampın İranda etirazların sərt şəkildə yatırılması ilə bağlı ölkəyə hücum etmək təhdidləri, həmçinin İranın İsrailə və ABŞ-yə cavab zərbəsi endirmək təhdidləri ilə əlaqədar regional gərginlik fonunda baş verib.
Lakin İsrail hərbçilərinin məlumatına görə, eskadrilyanın gəlişi iki ölkənin strateji əməkdaşlığı çərçivəsində planlaşdırılmış, adi bir hadisədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 02 Fevral 2026 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















