ABŞ və Meksika arasında pendir mübahisəsi yaranıb
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pendir məhsullarının adları ətrafında yaranan mübahisələr səbəbindən ABŞ və Meksika ticarət razılaşmaları imzalaya bilmirlər.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Meksika hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Vaşinqton Meksikanın Avropa İttifaqı (Aİ) ilə yeni ticarət müqaviləsinə qarşı çıxır. Belə ki, bu sənəd adları müəyyən coğrafi bölgələrə bağlı olan yüzlərlə Avropa məhsuluna, o cümlədən "Parmiciano-reccano", "Feta" və "Mançeqo" pendirlərinə xüsusi qorunma hüququ verir.
Sözügedən müqavilə, eyni zamanda, qayda pozuntuları aşkar edildikdə Aİ-yə məhkəmə instansiyalarına müraciət etmək hüququ tanıyır.
ABŞ tərəfinin bildirdiyinə görə, may ayında imzalanmış razılaşma ABŞ istehsalçılarının Meksikada "Parmezan" və "Feta" adları altında pendir satmaq imkanlarını məhdudlaşdıracaq.
Vaşinqton uzun müddətdir ki, bu cür adların ümumişlək xarakter daşıdığını iddia edir. Aİ isə israr edir ki, "parmezan" termini yalnız İtaliyanın şimal bölgələrində istehsal olunan "Parmiciano-reccano", "feta" isə sadəcə Yunanıstanın müəyyən ərazilərinə aid pendirlər üçün istifadə edilə bilər.
ABŞ-nin Süd Məhsulları İxracı Şurasının icraçı vitse-prezidenti Ceymi Kastaneda bildirib ki, Meksikanın atdığı addım tamamilə yanlışdır.
O əlavə edib ki, Meksika rəhbərliyi ümumi qəbul olunmuş adlardan istifadə edən həm ABŞ, həm də yerli pendir istehsalçıları üçün bazara çıxışın qorunmasını təmin etməyə borcludur.
Bu il ABŞ və Meksika müvəqqəti ticarət sazişinin bağlanması istiqamətində mürəkkəb ikitərəfli danışıqlar aparır. Buna paralel olaraq, tərəflər Meksika iqtisadiyyatının əsas dayaqlarından biri olan ABŞ, Meksika və Kanada arasındakı Sazişin (USMCA) müddətinin uzadılmasını da müzakirə edirlər.
Qeyd edək ki, Meksika dünyanın ən böyük pendir istehlakçılarından biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 28 Avqust 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















