ABŞ və Özbəkistan arasında 100 milyard dollarlıq ticarət sazişi imzalandı
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp ABŞ və Özbəkistan arasında ticarət-iqtisadi sazişin imzalandığını açıqlayıb.
Banco.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
O bildirib ki, razılaşmaya əsasən, Özbəkistan qarşıdakı üç il ərzində ABŞ-dan kritik minerallar, aviasiya, avtomobil hissələri, infrastruktur, kənd təsərrüfatı, enerji, kimya və informasiya texnologiyaları kimi əsas sahələrdə təxminən 35 milyard dollar dəyərində alış və sərmayə həyata keçirəcək.
Trampın sözlərinə görə, bu rəqəm növbəti on il ərzində 100 milyard dolları keçəcək.
ABŞ prezidenti həmçinin Özbəkistan prezidenti Şavkat Mirziyoyevə təşəkkür edərək, iki ölkə arasında uzunmüddətli və məhsuldar əməkdaşlıq qurmağı səbirsizliklə gözlədiklərini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 07 Noyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















