ABŞ və Rusiya Ər Riyad danışıqları ilə bağlı birgə bəyanat hazırlayırlar
Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir gün əvvəl keçirilən məsləhətləşmələrdən sonra Vaşinqton və Moskvanın birgə bəyanatı çərşənbə axşamı Moskva vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə 12:00) dərc oluna bilər. Bu barədə Amerikanın “CBS News” telekanalı məlumat yayıb.
"Elan Vaşinqtonda səhər saat 4-də və Moskva vaxtı ilə saat 11-də yayımlanacaq", - iki mənbə bildirib.
Ər-Riyadda keçirilən danışıqlarda məqsəd Qara dənizdə atəşkəslə bağlı razılığa gəlmək olub.
Bəyanatın dəqiq təfərrüatları hələ məlum olmasa da, “CBS News” mənbələri Ər-Riyaddakı ABŞ texniki qrupunun Tramp administrasiyasına verdiyi hesabatların nikbin göründüyünü bildirib.
Mənbələrdən biri bildirib ki, danışıqların nəticəsi ilə bağlı Ukrayna rəsmilərinə də məlumat verilib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 25 Mart 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















