Icma.az
close
up
RU
“ABŞ və Rusiya Ər Riyadda danışıqlara başlayıb“ “Deutsche Welle“

“ABŞ və Rusiya Ər Riyadda danışıqlara başlayıb“ “Deutsche Welle“

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Bu görüş danışıqların başlanğıcı deyil, sadəcə, Tramp və Putin arasında baş tutmuş telefon danışığının davamıdır..."

Səudiyyə Ərəbistanında son illərin ilk rəsmi Rusiya-ABŞ görüşü keçirilir. Görüşdə Ukraynadakı müharibənin başa çatdırılması müzakirə olunacaq. Nə Kiyev, nə də Avropa danışıqlarda iştirak edir.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Səudiyyə Ərəbistanında uzun fasilədən sonra ABŞ və Rusiya nümayəndələrinin ilk rəsmi görüşü baş tutub. Fevralın 18-i, çərşənbə axşamı səhər saatlarında iki ölkənin nümayəndə heyətləri Ər-Riyadda bir araya gələrək danışıqlara başlayıb. Görüşdə, digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması müzakirə olunacaq.

Rusiyanı xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev təmsil edir. ABŞ nümayəndə heyətində isə Dövlət katibi Marko Rubio, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və prezident Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff yer alır.

Ukrayna və Avropa danışıqlarda iştirak etmir

Ukrayna və Avropa ölkələri bu danışıqlara qatılmır. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev tədbirin keçirilməsi barədə əvvəlcədən məlumatlandırılmayıb və ora dəvət olunmayıb.

O, vurğulayıb ki, Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı aparılan istənilən müzakirələr nəticəsizdir və ölkəsi belə razılaşmaları tanımayacaq. "Bizim iştirakımız olmadan haqqımızda aparılan danışıqları qəbul etməyəcəyik", - Zelenski deyib. 

Bu arada isə Fransa, Almaniya, Böyük Britaniya, Polşa, İtaliya, İspaniya və Danimarka liderləri Parisdə fövqəladə sammit keçirib. 

"Reuters" agentliyinin Avropa diplomatlarından birinə istinadən verdiyi məlumata görə, bu ölkələr gələcəkdə Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazır olduqlarını bildirib.

Tramp Putinlə görüşmək niyyətindədir

ABŞ-ın Ukrayna məsələsində Rusiya ilə birbaşa təmasları Kiyevin iştirakı olmadan aparmasına görə səslənən tənqidlər fonunda ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus bildirib ki, Ər-Riyadda keçirilən görüş "danışıqların başlanğıcı" deyil, sadəcə, ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında baş tutmuş telefon danışığının davamıdır.

"Bunu hər hansı spesifik detallar və ya irəliləyişlə bağlı bir görüş kimi qəbul etməməliyik", - Bryus AFP-yə açıqlamasında bildirib.

Öz növbəsində Tramp yaxın vaxtlarda Səudiyyə Ərəbistanında Putinlə şəxsən görüşmək niyyətində olduğunu və müharibənin dayandırılmasını müzakirə edəcəyini bəyan edib. Bununla yanaşı, ABŞ prezidenti sülh danışıqlarına Vladimir Zelenskinin də cəlb olunacağını vəd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Fevral 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri