ABŞ və Rusiya liderlərinin görüşü: Qlobal sakitlik, yoxsa yeni gərginlik? Rəy
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyanın diqqət mərkəzində olan Putin-Tramp görüşünə geri sayım başlayıb. Bu tarixi görüş, iki supergüc olan ABŞ və Rusiyanın münasibətlərinə yeni istiqamət verə biləcək əhəmiyyətli bir hadisə kimi qiymətləndirilir. Liderlərin Rusiya-Ukrayna müharibəsindən qlobal təhlükəsizliyə qədər bir çox kritik məsələləri müzakirə etməsi gözlənilir. Kreml şərtsiz danışıqlara hazır olduğunu açıqlayıb. Tramp da Rusiya Prezidentinin onunla görüşmək istədiyindən xəbərdar olduğunu bildirib. Bir çox nöqtələrdə toqquşan ABŞ -Rusiya münasibətləri bu görüşdən sonra hansı məcrada davam edəcək? Bu görüş qlobal dünyada baş verənlərə təsirini göstərəcək?
Moderator.az-a danışan siyasi sərhçi Tural İsmayılov ABŞ - Rusiya münasibətlərini tək bir görüş əsasında xarakterizə etməyin çətin olduğunu şərh edib.
Siyasi şərhçi qeyd edib ki, ümumilikdə, Trampın hakimiyyətə gəlişi Rusiya tərəfindən arzu olunan bir hadisə idi:
“Çünki Harris ABŞ prezidenti seçilsəydi, yəni Demokratların növbəti hakimiyyəti davam etsəydi, bu, ABŞ ın xarici siyasətdəki ekspansionist hərəkətlərinin daha da dərinləşməsinə səbəb olardı. Lakin Demokratlardan fərqli olaraq Respublikaçıların xarici siyasətində həmişə daha konservativ davranışların biz şahidi olmuşuq. Bu baxımdan da Donald Trampın elə hakimiyyətə gəldikdən və inaqurasiyadan sonra Rusiya rəhbərliyi ilə görüş istəməsi özü belə Bayden və Demokratlar dövründən fərqli bir ABŞ xarici siyasətinin formalaşacağını göstərir. Əlbəttə ki, Trampla- Putin görüşündə əsas müzakirə məsələsi Rusiya -Ukrayna müharibəsi ilə bağlı olacaq. Tramp Amerika Birləşmiş Ştatları prezidenti hələ seçilməmişdən əvvəl birinci hədəfinin və missiyasının Rusiya -Ukrayna müharibəsini bitirmək olduğunu vurğulamışdı. Zelenskinin də son dövrlər təhlükəsizlik qarantiyası veriləcəyi təqdirdə Rusiya ilə sülh müqaviləsinin imzalanma imkanlarının mövcudluğunu söyləməsi Donald Trampın bu məsələdə uğur qazanmaq imkanlarını çox açıq aydın göstərir. Digər bir tərəfdən Amerika Birləşmiş Ştatları və Rusiya arasındakı oturuşmuş sistematik gərginliklər həmişə mövcud olacaq. Çünki hər iki ölkə imperial maraqları naminə dünyada əsas siyasi, iqtisadi güc olmağa çalışırlar. Amma ən azından açıq şəkildə bir – birinə qarşı kəskin bəyanatlar və açıqlamalar verilməyəcək. Bu baxımdan Tramp- Putin görüşünün çox böyük əhəmiyyəti olacaq”.
Mehin Mehmanqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 11 Yanvar 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















