ABŞ və Rusiya nüvə silahlarının azaldılması ilə bağlı danışıqlar aparır Tramp
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ və Rusiya nüvə silahlarının azaldılması məsələsi üzrə danışıqlar aparır.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
“De-eskalasiya və denuklearizasiya çox gözəl bir şey olardı. Əslində biz bu barədə Rusiya ilə danışırıq. Əgər nəsə edə bilsək, bu prosesə Çin də qoşulacaq”, - deyə Tramp bildirib.
Bundan əvvəl Donald Tramp Pentaqona dərhal nüvə sınaqlarına başlamaq göstərişi vermişdi. O, bu qərarı “digər nüvə dövlətlərinin addımları” ilə əsaslandırmışdı. Qərar Rusiya Prezidenti Vladimir Putinin “Burevestnik” raketinin sınağı barədə açıqlamasından sonra qəbul olunub.
Qeyd edək ki, ABŞ 1992-ci ildən bəri nüvə sınaqları keçirməyib.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 30 Oktyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















