ABŞ və Rusiya “qıcıqlı” mövzuları müzakirə edəcəklər VİDEO
Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AzVision.az xəbər verir ki, “İzvestiya” qəzetinə müsahibəsində Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Rusiya və ABŞ-nin viza və nümayəndə heyəti mübadiləsi ilə bağlı ən aktual məsələləri artıq həll etdiklərini deyib.
Rusiya diplomatik əmlakının ABŞ-a qaytarılması və birbaşa hava nəqliyyatının bərpası istiqamətində isə işlər davam edir.
“Biz düşünürük ki, “qıcıqlandırı mövzular” adlandırdığımız məsələlər üzrə ikitərəfli məsləhətləşmələrin üçüncü raundu yaxın gələcəkdə baş tutmalıdır. Ağ Ev də bu səylərin davam etdirilməsi zərurətini etiraf edir”, - rusiyalı diplomat vurğulayıb.
Müvafiq danışıqların vaxtının və yerinin razılaşdırılmalı olduğunu bildirən Sergey Ryabkov Rusiya tərəfinin bununla bağlı işləyəcəyini söyləyib.
Xatırladaq ki, sözügedən məsələlərlə bağlı aprelin 10-da İstanbulda Rusiya-Amerika danışıqlarının ikinci raundu baş tutub.
İyunun 16-da isə Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərdə qıcıq doğuran amillərin aradan qaldırılmasına yönəlmiş görüşün Amerika tərəfinin təşəbbüsü ilə ləğv edildiyi açıqlanıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

ABŞ və Rusiya əvvəlcə yeni dünya düzənini, sonra Ukraynanı müzakirə edəcəklər
18 Fevral 2025 07:59
Rusiya ilə ABŞ arasında gələcək danışıqların mövzuları müəyyənləşib
11 İyun 2025 01:01
ABŞ və Danimarka Qrenlandiyanın taleyini müzakirə edəcəklər
01 Aprel 2025 14:32
COP29da iqlim mövzuları interaktiv formatda müzakirə olunub VİDEO AZƏRTAC
14 Noyabr 2024 21:12
Ermənistan və Rusiya XİN başçıları bu məsələni müzakirə edəcəklər
21 Yanvar 2025 12:46