ABŞ və Yaponiya arasında 73 milyard dollarlıq RAZILAŞMA
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda görüş zamanı iqtisadi əməkdaşlığı genişləndirmək və ABŞ-nin enerji sektoruna 73 milyard dollar investisiya qoymaq barədə razılığa gəliblər.
Ölkə.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya baş nazirinin ofisi "X" sosial media platformasında məlumat verilib.
Bildirilib ki, müqavilələr strateji əhəmiyyətli sahələrdə iqtisadi təhlükəsizliyin gücləndirilməsinə yönəlib. Sanae Takaiçi ABŞ neftinin alışını artırmaq və nadir torpaq minerallarını birgə inkişaf etdirmək barədə razılığa gəldiyini açıqlayıb. ABŞ Ticarət Nazirliyi də Vaşinqton və Tokionun ABŞ-nin enerji sektoruna investisiya qoymaq barədə razılığa gəldiyini qeyd edib. Sazişə kiçik modul reaktorların və qazla işləyən elektrik stansiyalarının tikintisi daxildir.
"Yomiuri" qəzetinin məlumatına görə, tərəflər danışıqlar zamanı beynəlxalq siyasəti də müzakirə ediblər. Yaponiyanın baş naziri ABŞ prezidentinə İranla bağlı mövqeyini dəstəkləyəcəyinə əminlik verib. Sanae Takaiçi qeyd edib ki, Hörmüz boğazının bağlanması təkcə Yaxın Şərqi deyil, həm də Hind-Sakit okean regionunu çətin vəziyyətə salıb.
Donald Tramp isə açıqlamasında Yaponiyadan daha böyük dəstək gözlədiyini bildirib.
"Onların 45 000 əsgəri var. Əgər onlar aktiv hərəkətə keçsələr, təəccüblənmərəm", - Ağ Ev lideri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 20 Mart 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















