ABŞ Venesuela ilə 65 milyard barel neft ehtiyatları üzərində nəzarəti təmin edəcək saziş imzalayıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton, 29 avqust, AZƏRTAC
Amerika Birləşmiş Ştatları Venesuela ilə dünya tarixinin ən böyük neft sazişini imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodrigez ilə sıx əməkdaşlıq və özəl bizneslə tərəfdaşlıq yolu əsasında Venesuelada 65 milyard bareldən çox neft ehtiyatları üzərində ABŞ-nin nəzarətini təsdiq ediblər.
“Bu tarixi əməliyyat Amerika neft ehtiyatlarını iki dəfədən çox artıracaq və gələcəkdə bütün amerikalılar üçün qaz qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salacaq, eyni zamanda, Venesuelanın böyük uğur və rifaha doğru irəliləməsinə kömək edəcək. Bu əməliyyat Venesuela ilə ABŞ arasında onsuz da inkişaf edən münasibətləri xeyli gücləndirəcək”, - deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:224
Bu xəbər 29 Avqust 2026 03:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















