ABŞ Venesuela sahillərində itkilərə məruz qalmağa başladı
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Karib dənizində narkotik qaçaqmalçılığına qarşı əməliyyat olan “Cənubi Nizə”də iştirak edən amerikalı hərbçi öldürülüb.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
21 yaşlı Çukvuemeke E. Ofore, 7 fevralda USS Iwo Jima helikopter gəmisində xidmət edərkən dənizə yıxılıb.
Kapralın 72 saatlıq axtarışı uğursuz oldu. O, rəsmi olaraq ölü elan edildi. Onun dənizə düşməsinin səbəbləri araşdırılır.
Qeyd edək ki, “İvo Jima” desant gəmisi, Amerika xüsusi təyinatlı qüvvələri tərəfindən əsir götürülmüş Venesuela prezidenti Nikolas Maduronun 3 yanvarda məhz bu gəmiyə təslim olması ilə məşhurdur.
2025-ci ildə başlanan “Cənub Nizəsi” əməliyyatı, Tramp administrasiyasının əsasən narkotik qaçaqmalçılığı ilə məşğul olan transmilli dəniz cinayətkar şəbəkələrini müəyyən etmək və onları sıradan çıxarmaq məqsədi daşıyan hərbi və kəşfiyyat kampaniyasıdır.
Məqalədə deyilir ki, əməliyyat nəticəsində onlarla insan həlak olub və Karib dənizində və Sakit Okeanda narkotik daşımaqda şübhəli bilinən ən azı 39 gəmi batıb.
Maqsud
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 13 Fevral 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















