Icma.az
close
up
RU
ABŞ Venesueladan nələri tələb edir? Seçki və demokratiya ilə maraqlanmır

ABŞ Venesueladan nələri tələb edir? Seçki və demokratiya ilə maraqlanmır

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Venesuela hakimiyyətindən Çin, Rusiya, İran və Kubanı ölkədən çıxarmağı və onlarla iqtisadi əlaqələri kəsməyi tələb edir.

“AzPolitika” xəbər verir ki, “Axios”-un məlumatına görə, Tramp administrasiyası Venesuelanın müvəqqəti hökumətinin Çin, Rusiya, İran və Kubadan olan agentləri ölkədən çıxarmasını istəyir.

Nəşr yazır: "ABŞ Venesuelaya Çin, Rusiya, Kuba və İrandan olan bütün şübhəliləri və kəşfiyyat agentlərini çıxarmaq üçün təzyiq göstərir. Bu addım tam ştatlı diplomatlara şamil edilmir və administrasiyanın ötən həftə Venesuela lideri Nikolas Maduronu ələ keçirməsindən sonra ölkəni ABŞ-nin tələblərinə əməl etməyə məcbur etmək cəhdidir".

“ABC News” mənbələrinə görə, Venesueladan həmçinin bu dörd ölkə ilə iqtisadi əlaqələrini kəsməli və neft hasilatında ABŞ ilə eksklüziv tərəfdaşlığa razılaşmalı, ağır xam neftin satışında ABŞ-yə üstünlük vermək tələb olunur.

Bundan əlavə,“The New York Times” qəzeti ABŞ rəsmilərinə istinadən yazır ki, Ağ ev Venesueladan Amerika şirkətləri üçün, xüsusilə neft sənayesinə investisiya qoymaq istəyən şirkətlər üçün əlverişli şəraitin yaradılmasını gözləyir. Gözlənilən addımlar sırasında Uqo Çaves və Nikolas Maduro administrasiyaları dövründə həyata keçirilmiş milliləşdirmə siyasətinə son qoyulması, eləcə də milliləşdirilmiş əmlaka görə ABŞ şirkətlərinə kompensasiyaların ödənilməsi yer alır.

Bildirilir ki, Rubio Venesuelanın yeni lideri Delsi Rodrigesə bir sıra şərtlər təqdim edib. 

Nəşrin mənbələrinə görə, Dövlət katibi Marko Rubio bazar ertəsi günü qapalı brifinqdə qanunvericilərə bildirib ki, ABŞ Venesuelanı bu addımları atmağa məcbur edə biləcəyinə inanır. Rubio həmçinin qanunvericilərə deyib ki, ABŞ-nin hesablamalarına görə, Karakasın neft ehtiyatlarını satmadan maliyyə iflası ilə üzləşməsinə cəmi bir neçə həftə qalıb.

O da qeyd olunur ki, dövlət katibi Marko Rubio Venesuelada seçkilərin keçirilməsi və demokratiyanın bərpası məsələsinə toxunmayıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:29
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Yanvar 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri