ABŞ Venesuelanın blokadasını ən azı iki ay davam etdirmək niyyətindədir
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Vaşinqton administrasiyası Venesuela sahillərində ən azı iki ay ərzində dəniz blokadasını davam etdirmək və neft tankerlərinin ölkəyə daxil olub-çıxmasının qarşısını almaq niyyətindədir.
Newscenter.az xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumatda ABŞ rəsmisinin Vaşinqton administrasiyasının Venesuela ilə bağlı siyasəti barədə dediyi sözlərdən sitat gətirilir:
"Hərbi güc tətbiq etmək variantı qalsa da, əsas diqqət Ağ Evin istədiyi nəticəyə nail olmaq üçün sanksiyaların tətbiqi yolu ilə iqtisadi təzyiq göstərməyə yönəlib".
Yazıda qeyd edilir ki, Vaşinqton yanvarın sonuna qədər Venesuelanı əhəmiyyətli güzəştlərə razı sala bilər.
Qeyd edək ki, Vaşinqton Karakası narkotik qaçaqmalçılığı ilə mübarizəni yetərincə aparmamaqda ittiham edib. Son aylarda ABŞ ordusu narkotik qaçaqmalçılığı ilə mübarizə adı altında Latın Amerikası sahillərində 20-dən çox qayığı məhv edib və nəticədə təxminən 100 nəfər həlak olub.
Anar
Bu mövzuda digər xəbərlər:ABŞ Qonsalesi Venesuelanın prezidenti sayır
20 Noyabr 2024 10:37
Maduro: ABŞ Venesuelanın neft və qazında maraqlıdır
01 Noyabr 2025 10:08
Çin ABŞ ı Venesuelanın işlərinə qarışmamağa çağırıb
03 Dekabr 2025 11:48
Venesuelanın vitseprezidentinə suiqəsd hazırlanıb
07 Yanvar 2025 11:28
ABŞ indi də Venesuelanın daxili işlərinə qarışır KONKRET
20 Noyabr 2024 15:45
Baxış sayı:89
Bu xəbər 25 Dekabr 2025 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















