Icma.az
close
up
RU
ABŞ Venesuelaya hucum edəcəkmi? (ŞƏRH)

ABŞ Venesuelaya hucum edəcəkmi? (ŞƏRH)

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"ABŞ-la Venesuela arasında ciddi  qarşıdurma olmayacaq. Bu istiqamətdə açıqlamalar bəyanatlar səviyyəsindən o tərəfə keçməyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ-ın Venesuelaya mümkün müdaxilə ehtimalını şərh edərkən deyib. 

Ekspert bildirib ki, Tramp adminstrasiyası dövründə ABŞ genişlənmə siyasətini əsas götürüb:

”Yəni Tramp Amerikanın dünya polisi statusunu diktə etmək istəyir. Venesuela ilə bağlı Trampdan əvvəlki Ağ Ev rəhbərləri də  Maduro rejimini dəyişmək niyyətini gizlətməyiblər”.

Həmsöhbətimiz deyib ki, Tramp bu addımı narkotik trafiklərlə mübarizə adı altında həyata keçirməyi düşünür: 

"Ancaq Venesuelaya müdaxilə ABŞ-ın imkanları daxilində deyil. Hazırda Amerika  müxtəlif istiqamətlərdə gərgin xarici siyasət yürüdür. Vaşinqtonun Yaxın Şərq, Rusiya, Avropa İttifaqı, Çinlə münasibətləri gərginliyilə seçilir. Belə olan təqdirdə,   Venesuela ilə eskalasiyaya getməyi təsəvvür  etmək Ağ Ev üçün mümkünsüzdür”.


Konfliktoloqun fikrincə, sadəcə olaraq, ABŞ Venesuelaya hədə-qorxu gəlir, habelə yaxın və orta perspektivdə orada rejim dəyişikliyinə nail olmaq istəyir: 

"Ancaq bunu da bacarmayacaq. Çoxvektorlu siyasət ABŞ üçün əlverişli deyil. Maduro   hətta geri çəkilərək, ABŞ-la danışıqlara  hazır olduğunu bildirdi. Ancaq Tramp  tərəfindən sərt ritorikanın davam etməsi fonunda Maduro da müdafiəyə hazır  olduğunu bəyan etdi. Tramp Venesuela daxilində təzyiq qrupları yaradıb, Maduro  hakimiyyətinə qarşı pressinqi gücləndirə bilər. Bu isə sahə müdaxiləsi demək deyil”. 

Ü.Şəfiyev bəlli müddətdən sonra tərəflər arasında masa arxası görüş və hansısa razılaşmanın olmasını da istisna etmir:

"Tramp əvvəl şantaj edir, qorxudur, sonra masaya dəvət edir. Tramp eyni vaxtda bir  necə cəbhədə eskalasiyada maraqlı ola bilməz. Sadəcə olaraq, Maduronu qorxudur. Bu gedişlə ya Maduronun bəzi güzəştlərlə masaya oturmasına nail olacaq, ya onun dəyişdirilməsilə bağlı addımlara keçəcək. Maduro da məcbur olub, Trampın ağır şərtlərini qəbul etmək zorunda qalacaq”.

Qeyd edək ki, Prezident Tramp Konqresə ABŞ-ın narkotik-terrorçu rejim kimi xarakterizə etdiyi Venesuelada Nikolas Maduro rejimi ilə silahlı münaqişə vəziyyətində olduğunu bildirən bildiriş göndərib. Bu bildiriş həm qaçaqmalçılıqda şübhəli bilinən Venesuela gəmilərinə artıq həyata keçirilmiş hücumlara, həm də Venesuelanın özündə hədəflərə mümkün zərbəyə haqq qazandırmaq cəhdidir. Tramp Pentaqona narkotik alveri yolu ilə ABŞ vətəndaşlarının öldürülməsinə kömək edən terror təşkilatlarına qarşı "beynəlxalq silahlı münaqişə” qanunlarına uyğun əməliyyatlar aparmağı əmr edib. 

Ağ Evin Konqresə göndərdiyi bildirişdə deyilir:

"Vəziyyət kritik həddə çatıb. Biz terror təşkilatlarının hücumlarına qarşı özümüzü müdafiə etmək üçün güc tətbiq etməliyik". 

Trampın iddiasına görə, ABŞ-da hər il 300 min insan həddindən artıq dozada qəbul edilmiş narkotikdən ölür.


Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri