ABŞ vətəndaşı Belizdə təyyarəni ələ keçirməyə cəhd etdikdən sonra güllələnib
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ vətəndaşı göyərtəsində 14 nəfərin olduğu yüngül təyyarənin qaçırılması cəhdi zamanı ölüb.
“Report” xəbər verir ki, bu barədə “Breaking Belize News” portalı məlumat yayıb.
Məlumata görə, “Tropic Air” şirkətinin sərnişin təyyarəsi uçarkən ABŞ-nin bıçaqla silahlanan 49 yaşlı vətəndaşı Akinela Sava Teylor hava gəmisini ələ keçirməyə çalışıb. Pilot hava dispetçerləri ilə əlaqə saxlayıb, bundan sonra təyyarə təcili eniş ərəfəsində Beliz dairəsi üzərində dövrə vurmağa başlayıb.
Pilotlar təyyarəni ölkənin ən böyük şəhəri olan Belizin ərazisində yerləşən Filip Qoldson Beynəlxalq Hava Limanına endirməyə nail olublar. Polis mənbələrinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları enişdən sonra təyyarəyə miniblər. Teylor həbsə müqavimət göstərib və ölümcül güllələnib.
Amerikalı bir neçə gün əvvəl turist kimi Belizə daxil olub, onun vizası olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 18 Aprel 2025 07:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















