ABŞ vətəndaşlarını İrəvandakı Göy məsciddən uzaq durmağa çağırdı
Icma.az, Unikal.az saytına istinadən bildirir.
ABŞ-nin Ermənistandakı səfirliyi insanları İran səfirliyi və İrəvandakı Göy Məscidi ziyarət etməkdən çəkinməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ vətəndaşları üçün təhlükəsizlik qaydalarının yenilənməsində deyilir.
Davam edən İsrail-İran münaqişəsi ilə əlaqədar ABŞ səfirliyi ABŞ vətəndaşlarına daha diqqətli olmağı tövsiyə edir.
"Xüsusilə, nümayişlərdən və böyük toplantılardan qaçmaq, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək lazımdır. İrəvandakı İran səfirliyi, Sünikdəki İran konsulluğu, İran Ticarət Mərkəzi və Göy Məscid də daxil olmaqla, İran hökuməti ilə əlaqəli yerlərdən çəkinin”, - deyə bəyanatda bildirilir.
Səfirlik Ermənistana və Ermənistandan gedən bəzi reyslərin İranın hava məkanından istifadə etməsinə diqqət çəkib. Bu uçuşlar təxirə salına və ya dəyişdirilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 17 İyun 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















