Icma.az
close
up
RU
ABŞ yardımı azalır, NATO Avropanı qorumaq üçün B planı hazırlayır

ABŞ yardımı azalır, NATO Avropanı qorumaq üçün B planı hazırlayır

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Komandanı hesab edir ki, ABŞ hələ də Alyansa son dərəcə vacib imkanlar təqdim etməyə sadiqdir.

Qaynarinfo xəbər verir ki, "Fortune” nəşrinin yazdığına görə, NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Komandanı, general Aleksus Qrinkeviç ABŞ-ın regionda Alyans əməliyyatları üçün ayırmağa hazır olduğu hərbi texnikanın həcmini azaltdığını elan etməsindən sonra Rusiyanın mümkün hücumu halında Avropanın müdafiəsi ilə bağlı alternativ planları nəzərdən keçirir.

Nəşrdə qeyd olunur ki, NATO-nun standart müdafiə planı sülh dövründə, böhran və ya müharibə zamanı 32 üzv ölkənin qüvvələrinin cəlb edilməsini nəzərdə tutur. Plan komandirlərin istənilən münaqişənin ilk altı ayı ərzində mərhələli şəkildə istifadə edə biləcəyi hərbi resursları müəyyənləşdirir. Lakin may ayında ABŞ Müdafiə Nazirliyi digər regionlardakı potensial təhdidlərə diqqət ayırmaq məqsədilə öhdəliklərini azaltacağını NATO müttəfiqlərinə bildirib.

NATO daxilindəki narahatlıqlara baxmayaraq, Qrinkeviç vurğulayıb ki, ABŞ hələ də "Alyansa məhdud, lakin kritik əhəmiyyət daşıyan imkanlar təqdim etməyə” sadiqdir.

"Biz tez əldə edilə, tez yerləşdirilə, sürətlə genişləndirilə və uzun müddət dəstəklənə bilən vasitələrə diqqət yetirməliyik. Bu, həm uzaqmənzilli sistemlərə, həm də pilotsuz uçuş aparatlarına aiddir. Belə imkanlar çəkindirmə və müdafiə zərurəti yaranacağı halda qısamüddətli riskləri azaltmağa kömək edə bilər”, deyə general "ILA Berlin Air Show” aviasiya sərgisində bildirib.

Nəşr əlavə edir ki, iyunun 2–3-də keçirilən NATO müttəfiqlərinin görüşündən sonra Qrinkeviç ABŞ-ın qərarından sonra yaranan boşluqların Avropa müttəfiqləri və Kanada tərəfindən doldurulmalı olduğunu qeyd edib. O, bu ölkələri pilotlu və pilotsuz uçuş aparatları, həmçinin hərbi-dəniz gəmiləri təqdim etməyə çağırıb.

"Bu, indi və yaxın perspektivdə baş verməlidir”, deyə general vurğulayıb.

Məqalədə xatırladılır ki, ABŞ-ın böhran vəziyyətində NATO-ya təqdim etməyə hazır olduğu hərbi texnikanın nə qədər azalacağı hələ tam məlum deyil. Bəzi Qərb KİV-lərinin məlumatına görə, söhbət müşayiət edən hərbi gəmilər və təyyarələr qrupu ilə birlikdə bir aviadaşıyıcıdan, bir sualtı qayıqdan, hava yanacaqdoldurma təyyarələrindən və onlarla qırıcı təyyarədən gedir.

Bütün narahatlıqlara baxmayaraq, Qrinkeviç bildirib ki, kəşfiyyat hesabatları və Rusiya qoşunlarının hərəkəti Moskvanın "Alyansla münaqişəyə can atmadığını” göstərir. Onun sözlərinə görə, Rusiya hazırda Ukraynaya qarşı müharibədə ciddi şəkildə məşğuldur və kifayət qədər sayda hərbçi cəlb etməkdə çətinliklərlə üzləşir.

ABŞ Avropadan yüzlərlə texnika vahidini çıxarır – nə məlumdur

Xatırladaq ki, "The New York Times” iki yüksək vəzifəli Avropa rəsmisinə istinadən yazıb ki, iyunun əvvəlində Vaşinqton NATO müttəfiqlərinə yazılı sənəd göndərərək Avropadakı NATO əməliyyatları üçün ayrılan döyüş təyyarələri və hərbi gəmilərin sayının nə qədər azaldılacağını izah edib.

Sənədə əsasən, F-16 və F-15E qırıcılarının sayı təxminən 150-dən 100-ə enəcək. Dəniz patrul və kəşfiyyat təyyarələrinin sayı 26-dan 15-ə düşəcək, Avropada istifadə üçün nəzərdə tutulan bütün səkkiz hava yanacaqdoldurma təyyarəsi isə tamamilə geri çəkiləcək.

Bundan əlavə, sənəddə ABŞ-ın raket buraxılışı üçün nəzərdə tutulmuş bir sualtı qayığı, bir aviadaşıyıcını, bir neçə yerüstü hərbi gəmini və aviadaşıyıcı bazalı onlarla reaktiv təyyarəni başqa bölgələrə yönləndirəcəyi qeyd olunur. Əvvəllər Avropanın müdafiəsi üçün ayrılmış iki strateji bombardmançı qrupundan biri də qitədən çıxarılacaq.

"Politico” nəşri hesab edir ki, bu addımlar ABŞ-ın Avropanın təhlükəsizlik sistemini zəiflətməsinə gətirib çıxarır. ABŞ Prezidenti Donald Trampın mövqeyi göstərir ki, o, sələfləri ilə müqayisədə Avropanın təhlükəsizliyinə daha az önəm verir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 İyun 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri