Icma.az
close
up
RU
ABŞ yardımları dayandıracaq, bu da Ukraynanın yeni ərazilərinin işğalına səbəb ola bilər

ABŞ yardımları dayandıracaq, bu da Ukraynanın yeni ərazilərinin işğalına səbəb ola bilər

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu il ərzində Ukraynada prezident və parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Ölkənin hazırkı Prezidenti Volodimir Zelenski yenidən seçkilərə namizəd olacağını bildirib. 

Bəs Ukrayna seçkiləri baş tutarsa, Zelenski yenidən prezident ola bilər?

Məsələ ilə əlaqədar Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Ukrayna dövlətinin maraqları baxımından Zelenski prezident seçilməməlidir:

"Hesab edirəm ki, siyasətdən uzaq bir adam Ukraynaya kifayət qədər fəlakətlər yaşatdı və əgər davam eləsə, vəziyyət bir az da ağırlaşacaq. Bu gün Ukrayna ərazisinin dörddə birinə yaxını Rusiyanın nəzarətindədir. Amerika Birləşmiş Ştatlarının yeni prezidenti müharibənin başlanmasında Rusiyanı deyil, Amerika Birləşmiş Ştatlarını və dolayısı ilə Zelenskini günahlandırır. Çünki ABŞ-ni Ukraynadan, Ukraynanı ABŞ-dən ayırmaq qeyri-mümkündür. Dünyanın əksər yerində ümumiyyətlə bu müharibəni fəkalət müharibəsi adlandırırlar. Yəni ABŞ Ukraynanın vasitəsilə Rusiya ilə müharibə edir. Çox təəssüf ki, Tramp Putinə haqq qazandırır. Eyni zamanda, verdiyi bəyanatlar da onu göstərir ki, onun Putindən elə bir ciddi fərqi yoxdur və indi Ukrayna xalqı ümid edir ki, ABŞ müharibəyə son qoya və ədalətli sülhə nail ola bilər. Ancaq belə bir şey qeyri-mümkündür".

Politoloq əlavə etdi ki, bu münaqişədə ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp Rusiyanı dəstəkləyir və gələcəkdə Ukraynaya yardımları dayandıracaq:

"Trampın bəyanatları göstərir ki, o, daha çox Ukraynaya təzyiq göstərməklə sülhə nail olacağını güman edir və belə bir sülhü Zelenski imzalamaz. Çünki müharibədən əvvəl Ukrayna və Rusiyaya təklif olundu ki, Ukrayna neytrallığı götürsün, neytral olsun. Ukrayna tərkibində Donetsk və Luqanska xüsusi status versin. Ukrayna yalnız Krımı itirirdisə, indi əlavə dörd vilayəti də tamamilə itirmək üzrədir, bu Zelenskinin fəaliyyəti nəticəsində olub və onun sülhə imza atması qeyri-mümkündür. ABŞ yardımları da dayandıracaq. Bu da gözlənilən bir hadisədir. Bu da Ukraynanın yeni ərazilərinin işğalına gətirib çıxara bilər. Ona görə yaxşı olardı ki, prezident seçkilərində başqa bir namizəd seçilsin və o Ukraynanı bu fəlakətdən çıxartmağın yollarını axtarsın və yeri gələndə cəsarətli addımlar atmaqdan da çəkinməsin. Hərçənd ki, bu cəsarətli addımlar Ukraynaya yaxşı heç nə vəd eləmir. Hər adamı dövlət başına gətirmək olmaz. Dövlətə ağlı, savadı, təcrübəsi və ən əsası, müdrikliyi olan insanlar rəhbərlik etməlidir. Britaniyada səfir olan general Valeri Zalujni seçkilərdə iştirak edərsə, qalib gələ bilər". 

Türkan İSGƏNDƏRLİ
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Yanvar 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri