Icma.az
close
up
RU
ABŞ yekun zərbə yə HAZIRLAŞIR: İranın hərbi gücü NƏ VƏZİYYƏTDƏDİR...

ABŞ yekun zərbə yə HAZIRLAŞIR: İranın hərbi gücü NƏ VƏZİYYƏTDƏDİR...

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ və İsrailin başlatdığı genişmiqyaslı hücumların ilk həftələrində İran ordusuna ağır zərbələr vurulsa da, Tehran hələ də ciddi müqavimət göstərmək qabiliyyətini qoruyub saxlayır.

Turkustan.az "Axios"a istinadən xəbər verir ki, Ağ Ev və Pentaqon yaxın günlərdə Yaxın Şərqə ən azı 10 min əlavə hərbçi göndərməyi planlaşdırır.

Nəşrin məlumatına görə, ABŞ ordusu "yekun zərbə" üçün hərbi planlar hazırlayır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, quru qoşunlarının döyüşə cəlb edilməsi müharibənin miqyasını daha da genişləndirə bilər.

Donald Trampın müharibənin faktiki olaraq bitdiyini iddia etməsinə baxmayaraq, İran həm İsrailə, həm də Körfəz ölkələrinə zərbələr endirməyə davam edir. Eyni zamanda, Hörmüz boğazının bağlı qalması qlobal neft və qaz qiymətlərinə mənfi təsir göstərir.

İsrailin hücumları nəticəsində İranın 7 yüksək rütbəli müdafiə və kəşfiyyat rəsmisi, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları komandanı Məhəmməd Pakpur daxil olmaqla 30-a yaxın hərbi və mülki rəhbər hədəf alınıb. Son olaraq İran Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin öldürüldüyü bildirilir.

Raket və PUA arsenalı

Pentaqon rəsmiləri İranın raket və dron istehsalı müəssisələrinin, həmçinin limanlarının 66%-nin məhv edildiyini bildirirlər. İsrail isə İranın 470 ballistik raket buraxılış qurğusundan 330-nu sıradan çıxardığını iddia edir. Lakin analitiklər xəbərdarlıq edir ki, hücumların azalması ehtiyatda olan silahların gələcək daha böyük zərbələr üçün saxlanılması mənasına da gələ bilər. Xüsusilə ucuz və istehsalı asan olan "Şahed" dronlarının aşkarlanması və məhv edilməsi raketlərə nisbətən daha çətindir.

ABŞ Müdafiə Naziri Pit Heqset fevralın sonundan bu yana 150-dən çox İran gəmisinin batırıldığını açıqlayıb. Hazırda ABŞ-nin Xarq adasına mümkün quru hücumu gündəmdədir. İran tərəfinin buna cavab olaraq adaya əlavə qüvvə və hava hücumundan müdafiə sistemləri yerləşdirdiyi bildirilir.

Analitiklər qeyd edirlər ki, ABŞ və İsrail havadan nə qədər güclü zərbələr endirsə də, İranın yeraltı bunkerləri və Körfəzdə gəmiləri sıxışdıran yüzlərlə kiçik sürətli katerləri tamamilə məhv etmək demək olar ki, qeyri-mümkündür./Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Mart 2026 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri