ABŞ yeni miqrant saxlama mərkəzlərinə 38 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 15 fevral, AZƏRTAC
Vaşinqton administrasiyası qanunsuz immiqrantların deportasiyasını sürətləndirmək məqsədilə bir neçə ştatda yeni saxlanma mərkəzlərinin yaradılmasına 38,3 milyard dollar xərcləməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin sənədlərində bildirilir.
Sənədlərə əsasən, 2026-cı il noyabrın 30-dək səkkiz böyük və 16 kiçik saxlanma obyektinin yaradılması nəzərdə tutulur. Layihə Gömrük Mühafizəsi Xidmətinə eyni vaxtda 92 mindən çox miqrantı saxlamaq imkanı verəcək.
“Axios”un məlumatına görə, Merilend, Virciniya, Minnesota, Texas, Nyu-Hempşir və Nyu-York ştatlarında bu planlara etirazlar var.
ABŞ rəsmiləri ölkə tarixində ən genişmiqyaslı deportasiya əməliyyatını keçirmək niyyətində olduqlarını bildirirlər, siyasi rəqiblər isə administrasiyanı həddindən artıq sərt siyasətdə ittiham edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 15 Fevral 2026 01:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















